Şərurun Dəmirçi kəndi Sədərək rayonunun ərazisinə verildi - RƏSMİ

“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, layihəyə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib. Bununla bağlı eyni zamanda Bələdiyyələrin siyahısına da dəyişiklik edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...