Türkiyədə şəhid general-mayor Polad Həşimovun xatirəsinə film həsr olunub. SİA xəbər verir ki, ölkənin nüfuzlu “Yenişafak” qəzetinin layihəsi olan “Tabuta sığmayanlar” proqramın 104-cü buraxılışını şəhid general-mayor Polad Həşimova həsr edib.
Ekran işinin rejissorları Samir Babaoğlu və Ender Çinar olub.
Filmdə şəhid generalın bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları onun haqqında xatirələrini bölüşüblər.
Qeyd edək ki, dekabr ayında layihənin 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB