Silah sərgisində Ermənistanın stendi boş qaldı

Silah sərgisində Ermənistanın stendi boş qaldı

Birləşmiş Ərəb Əmirliklərində IDEX-2021 beynəlxalq müdafiə sənayesi sərgisi işinə başlayıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, sərginin ilk günündə Ermənistana məxsus stend boş qalıb, stendə silah əvəzinə bukletlər yerləşdirilib.

Qeyd olunur ki, Ermənistanın sərgidə nümayiş etdirməli olduğu silah-sursat və texnika vaxtında Əbu-Dabiyə çatdırılmayıb.

Hazırda Ermənistanın eksponatları Moskvada qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə