Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Dr. Hans Kluq Covid-19 pandemiyasının 2022-ci ilin əvvəllərində sona çatacağını və ən pis ssenarinin geridə qaldığını söyləyib. SİA-nın xəbərinə görə, Danimarka dövlət KİV-lərinə danışan Kluq 2021-ci ildə Covid-19-un bütün dünyada təsirli olacağını, lakin 2020-ci ilə nisbətən daha təmkinli və idarəolunan olacağını vurğulayıb.
Kluq qeyd edib ki, ən pis ssenari geridə qalıb və virusun ilk yayılmağa başladığı 2020-ci ilə nisbətən virus haqqında daha çox məlumat olduğunu bildirib.
Covid-19 epidemiyasında yaşanan inkişafları heç kimin əvvəlcədən bilə bilməyəcəyini vurğulayan və öz proqnozunu izah edən Kluq, "Düşünürəm ki, epidemiya 2022-ci ilin əvvəlində sona çatacaq. Virus qalmağa davam edəcək, amma məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm. Bu nikbin bir mesajdır”- deyə vurğulayıb.
Mutasiyalar normaldır, lakin narahatlığa səbəb olur
Covid-19 mutasiyasına da münasibət bildirən Kluq mutasiyaların normal olduğunu və virusun yoluxduğu şəxsə uyğunlaşmağa çalışdığını, lakin mutasiyaların sürətlə yayılmasının onları narahat etdiyindən danışıb.
Kluq Covid-19-un mutasiyaya uğramış, daha tez yayılan növlərinin sürəti sayəsində inkişaf etdirilən peyvəndlərin effektivliyini yaxından izlədiklərini, lazım olduqda peyvəndlərin yeni mutasiyalara uyğunlaşdırılacağını və mutasiyalar üçün təməl olaraq peyvənd istehsalına ehtiyac olmadığını söyləyib.
Mutasiyaların virusu nəzarətdən çıxara bilməyəcəyini vurğulayan Kluq ancaq səhiyyə sistemi təzyiq altında olan olan ölkələrdə daha da çətinlik çəkəcəklərini, bu səbəbdən mutasiyalara çox ciddi yanaşdıqlarını qeyd edib.
Xəstə sayı 112 milyona, can itkisi isə 2,5 milyona çatıb
Ən böyük problemin peyvənd olunan şəxslərlə olunmayanların eyni mühitdə bir araya gəlməsi ilə yaşanacağını qeyd edən Kluq, zamanın çox əhəmiyyətli bir faktor olduğunu vurğulayıb.
"Sürət bundan sonra ən yaxşı dostumuzdur. Hər şey tempdən asılıdır. Sürət həyatı xilas edəcək və iqtisadiyyatı qoruyacaq. Nəticədə mutasiyaları stoplayacaq" deyə bildirib.
Dünyadakı koronavirus xəstələrinin sayı 112 milyonun astanasına çatarkən, epidemiya səbəbindən insan itkisi 2,5 milyon həddinə çatıb. Bu günə qədər 87 milyon insan Covid-19-a yoluxaraq sağalıb, təxminən 100 milyon insan vaksinasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB