Azərbaycanda koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 232 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3 195 nəfər vəfat edib, aktiv xəstə sayı 2 159 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 055, ötən müddət ərzində isə ümumilikdə 2 543 880 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə