Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının 2020-ci il ərzində gördüyü işlər və qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov, YAP Xocavənd rayon təşkilatının ilk partiya təşkilat sədrləri, YAP Xocavənd rayon təşkilatının Şura üzvləri və partiyanın fəalları iştirak ediblər.
Tədbirdən öncə Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın və dövlətimizin xilasgarı Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov rayon təşkilatının 2020-ci il ərzində gördüyü işlərə dair geniş hesabat məruzəsi ilə çıxış edib. Azər Süleymanov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı 2020-ci il ərzində öz işini Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə, eyni zamanda partiyanın qurultaylarının qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurmuşdur. Rayon təşkilatının 2020-ci il ərzində fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olmuşdur.
A. Süleymanov vurğuladı ki, ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı Aparatının, gənclər birliyi və qadınlar şurasının daim diqqət mərkəzində saxlanılmışdır. Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı üzvlərinin sayı 01 yanvar 2021-ci ildə 1141 nəfər, onlardan 670 qadın, 535 gənc, ərazi ilk partiya təşkilatlarının sayı isə 10-dur. Ötən il ərzində 18 nəfər YAP sıralarına qəbul olmuşdur. Rayon təşkilatının aparatı öz fəaliyyətini təşkilatın illik iş planına müvafiq olaraq ərazi ilk partiya təşkilarları ilə sıx əlaqəli şəkildə həyata keçirmişdir.
A. Süleymanov 2020-ci il fevralın 9-da keçirilən parlament seçkiləri zamanı YAP Xocavənd rayon təşkilatının fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Təşkilat sədri dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar olaraq rayon təşkilatının bir sıra tədbirlər həyata keçirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. O, qeyd etdi ki, rayon təşkilatı tərəfindən tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkilmiş, onlara koronavirusdan qorunmaq, sağlamlıqlarını müdafiə etmək məqsədilə gigiyenik vasitələr çatdırılmış, xəstəlikdən qorunma üsulları izah edilmişdir. Natiq vurğuladı ki, partiya təşkilatı 44 günlük Vətən müharibəsi dövründə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin təlimat və tapşırıqlarına əsasən rayonun şəhid ailələrinə, qazilərinə yardımlar etmiş, ordumuza yardım göndərilmişdir. Daha sonra YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov, YAP Xocavənd rayon təşkilatının təhsil işçiləri ilk partiya təşkilatının sədri Rəmziyyə Aslanova, YAP
Xocavənd rayon təşkilatı gənclər birliyinin sədri Vüsal Hüseynov görülən işlərdən danışmış, təşkilatın üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd etmişlər. Çıxışlardan sonra YAP Xocavənd rayon təşkilatının 2020-ci il ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilmiş, hesabat yığıncağının qərar layihəsi oxunmuş və 2021-ci il üçün Fəaliyyət Planı qəbul olunmuşdur.
İlham
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB