Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatının üzvləri şəhid və qazi a ailəsini ziyarət ediblər
Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatının üzvləri daha bir itkin ailəsini ziyarət edib. O şəhidimiz ki,06 fevral 1994-cü ildə Kəlbəcər rayonunda Murovdağda itkin düşüb. 14 fevral 1975-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. 27 ildir onun itkin düşdüyü gün yox doğum günü qeyd olunur yalnız.
Qəhrəmanımız Cəlilov Azad Sabir oğludur.Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti nəticəsində ZƏFƏR QƏLƏBƏSİNDƏN sonra atası Sabir dayı, anası Səmayə xala Azadın bir gün geri dönəcəyi ZAMANI gözləyirlər. 4 oğlan 1 qız arasında 3-cü uşaq 2-ci oğlan idi - Azad. Alpout kənd 1 nömrəli orta məktəbi bitirmişdir. 06 aprel 1993-cü ildə Ucar rayon Hərbi Komissarlığından Azərbaycan Ordusuna çağırılıb.
Ələkbərov Allahverdi Məzahir oğlu! Yaşasaydı bu gün 34 yaşı olacaqdır. Tanrı ona bu yaşda Vətən müharibəsinin şəhidi qismətini yazdı.
Rayon təşkilatının üzvləri,Ucar rayon Təhsil Şöbəsinin kollektivi, pedaqoji kollektivlərinin bir qrupunun rəhbərləri,rayon Gənclər və İdman İdarəsinin kollektivi, Ucar rayon Gənclər Evinin kollektivi 15 fevral 2021-ci il tarixdə Ucar Şəhidlər Xiyabanında şəhid Allahverdi Ələkbərovun məzarını ziyarət etdilər, ruhuna dualar oxundu. Şəhidin ailə üzvlərinə baş sağlığı verildi.
Şəhadətdə ilk ad günün mübarək ŞƏHİDİM.
Eyni zamanda Şəhidlər Xiyabanında bütün məzarlar ziyarət olunmuşdur.
Rayon təşkilatının,Gənclər Birliyinin və Qadınlar Şurasının sədrləri 16 fevral 2021-ci il tarixdə rayonun Bağban kəndində 10 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin alınması zamanı şəhid olan və 12 noyabr 2020-ci il tarixdə rayonun Bağban kənd qəbiristanlığında dəfn olunan Əliyev Ağayusif Mübariz oğlunun ailəsini ziyarət etmişdir.
Növbəti ziyarətimiz səbəbsiz deyildir. Şəhid Ağayusif Əliyevin Vətənə əmanət qalan iki qız övladından biri -- kiçik qızı Zəhranın 3 yaşı tamam olurdu.
Kollektivimiz Mübariz ataya, Telli anaya, Dostu gəlinbacıya,Mais qardaşa bir daha baş sağlığı verdi, kiçik Zəhranı təbrik etdilər.
Rayon təşkilatının, Gənclər Birliyinin və Qadınlar Şurasının sədrləri 15 fevral 2021-ci il tarixdə rayonun Qazyan kəndində 14 fevral 1994-cü il tarixdə Ağdam rayonunun Şükürbəyli kəndində şəhid olan və 14 fevral 1994-cü il tarixdə rayonun Qazyan kənd qəbiristanlığında dəfn olunan Ağayev Muxtar İsa oğlunun məzarını ziyarət etmiş,ruhuna dualar oxunmuşdur. Daha sonra böyüyüb boya-başa çatdığı ocaqda anası Bətul Ağayeva ilə görüşülmüşdür.
Muxtar Ağayev 02 oktyabr 1975-ci ildə Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. 3 qardaş arasında böyük qardaş idi. Ona ata babasının adı qoyulmuşdur. Qazyan kənd 1 saylı orta məktəbi bitirmişdir.
01 sentyabr 1992-ci il - 24 may 1993-cü il tarixədək Azərbaycan Respublikası Statistika Komitəsi uçot işçilərinin hazırlanması və ixtisasının artırılması üzrə Tədris Kombinatının Mingəçevir mühasiblər məktəbində təhsil alaraq mühasib ixtisasına yiyələnmişdir.
16 oktyabr 1993-cü ildə Ucar rayon Hərbi Komissarlığından Azərbaycan Ordusuna çağrılmış, 702 saylı hərbi hissədə qulluğa başlamışdır. Hərbi xidmətinin "ömrü" 4 ay oldu. Ömrünün 18 yaş 4 ay 14-cü günündə şəhidlik zirvəsinə ucaldı.
Rayon təşkilatının üzvlərinin bir qrupu 16 fevral 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində şəhid olan və 17 fevral 1994-cü il tarixdə rayonun Qazıqumlaq kənd qəbiristanlığında dəfn olunan Hüseynov Yaqub Siyasət oğlunun məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuşdur.
Yaqub Hüseynov 01 may 1969-cu il tarixdə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Qazıqumlaq kənd 1 saylı orta məktəbi bitirib.
11 iyun 1987-ci ildən 19 iyun 1989-cu il tarixədək Sovet Ordusu sıralarında xidmət edib.
07 yanvar 1994-cü il tarixdə Ucar rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə Azərbaycan Ordusunda xidmətə başlayıb. 708 saylı hərbi hissədə sıravi Yaqub Hüseynovun qismətinə Qarabağ torpaqlarının azadlığı uğrunda müharibədə 40 gün düşüb. Ömrünün 24 yaş 9 ay 15-ci günündə Şəhidlik zirvəsinə ucalıb. Yaqub Hüseynov subay idi. Valideynləri vəfat edib.
Vətən Şəhidlərimizi xatırlayaq ki,unudulmasın!
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB