“Nizami Gəncəvi ilinə töhvə verək” adlı onlayn konfrans keçirilib - FOTOLAR

“Nizami Gəncəvi ilinə töhvə verək” adlı onlayn konfrans keçirilib - FOTOLAR

19 fevral “Nizami Gəncəvi ilinə töhvə verək” adlı onlayn konfrans keçirilib. Konfransda rayonun fəal gəncləri ,Milli Məclisin Deputatı Ramin Məmmədov , Sosial Tədqiqatlar Mərkəzinin Baş Məsləhətçisi , Politoloq İlyas Hüseynov , Milli Məclisin deputatı Eldəniz Səlimovun köməkçisi Kamal Laçınov , Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq quluzadə iştirak edib̧lər.

SİA xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Ramin Məmmədov Nizami Gəncəvi irsinin öyrənilməsinin və bu irsə verilən dəyərin əhəmiyyətləri barədə ətraflı çıxış edib. Hətta o, Nizami Gəncəvinin əsərlərinin çox dərin araşdırıldığına baxmayaraq yenə də araşdırılmaq üçün mövzuların olduğunu, Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsinin xalqımızın və ölkə rəhbərliyinin tarixi keçmişimizə, mənəvi dəyərlərimizə sadiqliyinin nümunəsi kimi səciyyələndirdi və bu xarakterik xüsusiyyətin dünyanın azsaylı dövlətlərində müşahidə edildiyini bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq İlyas Hüseynov isə çıxışında N.Gəncəvinin sosial-siyasi fikirlərinin dövrümüzlə səsləşən məqamlarından bəhs edib.

Bundan sonra Zəngilan Rayon gənclər və idman idarəsinin rəisi Natiq Quluzadə çıxış edib. O, çıxışında “Nizami Gəncəvi ili”ndə ölkəmizdə planlaşdırılan layihələrdən və onun miqyasından danışıb. Eyni zamanda bildirdi ki, bu tədbirlərdə Zəngilan rayon gənclərinin iştirakı da gözlənilir. Eyni zamanda rayon gənclərinin də müxtəlif layihələr icra edəcəyini bildirib.

YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri xanım Nərmin Hüseynzadə isə çıxışında “Nizami Gəncəvi ili”nin onun üçün xüsusilə əhəmiyyətli və yaddaqalan il olacağını bildirib. N.Hüseynzadə bu ili Zəngilan və ölkəmizin 30 ilə qədər işğal altında qalmış Qarabağ torpaqlarının azad edilməsi, yenidən qurulması və “Böyük Qayıdış” üçün ilkin addımların atılacağı il kimi də səciyyələndirib. O qeyd etdi ki, YAP və gənclər təşkilatı da bu il “Nizami Gəncəvi ili” ilə əlaqədar silsilə tədbirlər planlaşdırıb. Bu tədbirlərin imkan olacağı təqdirdə Zəngilan rayonunda keçirilməsinin onun arzusu olduğunu və bunun baş tutacağına ümid etdiyini bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə