Şagirdləri psixoloji cəhətdən yenidən dərslərə necə hazırlamalı? - Psixoloqdan TÖVSİYYƏ

Şagirdləri psixoloji cəhətdən yenidən dərslərə necə hazırlamalı? - Psixoloqdan TÖVSİYYƏ

“Ölkəmizdə pademiya dövründə online formatda tədris prosesinə qoşulan şagirdlərin yenidən əyaniyə tədrisə qayıtmaları onlarda narahatçılıq yaradır. Əvvəla, şagirdlər qəbul etməlidirlər ki, pandemiya bizim həyatımız ilə paralel olaraq gedəcək və bütün dünyada vaksinasiya prosesi bitənə qədər davam edəcək. Gigiyena, sosial məsafə kimi qaydalara maksimum şəkildə əməl etməliyik. Artıq bir ilə yaxın müddətdir ki, distant təhsilin rahatlığına öyrəşən şagirdlər yenidən əyani tədris prosesinə başlayarkən normal olaraq müəyyən narahatlıq, təşviş keçirə bilərlər. Lakin, bu hallar həddən artıqdırsa və həyəcan əl-ayaqda titrəmələrlə müşahidə olunursa, bu zaman mütləq valideynlər psixoloqa, pedaqoqa müraciət etməli və ya valideynlər övladlarına gigiyena qaydalarına əməl edərlərsə qorxacaq heç bir şey olmadığını izah etməlidirlər”. Bunu SİA-ya açıqlmasında psixoloq Nərmin Mert deyib.

Psixoloqun sözlərinə görə, şagirdlərə başa salmaq lazımdır ki, onlayn şəkildə tədrisə davam etmək gözlərimizə, hərəkətsizlik isə fiziki cəhətdən sağlamlığımıza zərər vura bilər: “Onlara izah olunmalıdır ki, uzun müddət yaşadığımız passiv həyatdan aktiv həyata keçməyimiz, sinif yoldaşlarımız və müəllimlərimizlə birbaşa əlaqədə olmağımız motivasiyamızı artıracaq. Qış aylarında infeksiyon xəstəliklərin çoxalması hər zaman müşahidə edilən bir haldır. Bundan əvvələki illərdə də qış aylarında mövsümi qrip kimi infeksiyon xəstəliklərdən qorunmaq üçün şagirdlərə gigiyenik qaydalara əməl etmək, distansiyalı davranmaq və cib dəsmallarından istifadə barədə tapşırıqları verilirdi. Yenidən qeyd edim ki, məktəblərdə əgər şagirdlər tibbi maskalardan, gigiyenik vasitələrdən düzgün istifadə edərlərsə, sinif otaqlarını vaxt aşırı havalandırsalar və ən əsası sosial məsafəni qorusalar virusa yoluxmaqla bağlı heç bir narahatlığa əsas qalmaz”.

N.Mert vurğulayıb ki, önəmli olan şagirdlərin psixoloji cəhətdən dərslərinin zamanında yerinə yetirmək istəklərinin olmasıdır: “Əgər şagirdin məqsədi və amalı oxumaqla bağlıdırsa, bunu həm distant, həm də əyani şəkildə edə bilər. Hər hansı bir şagirdin dərsə marağında azalma və ya məqsədlərində geriləmə varsa, tədrisin hansı şəraitdə verilməsindən asılı olmayaraq, həmin şagird pandemiyanı mütləq şəkildə özünə bariyer olaraq görəcək. Biz beynimizdəki problemləri qəbul etməli və onların öhdəsindən gəlməliyik. Nəzərinizə çatdırım ki, stress faktoru artdıqca, buna əks olaraq immunitet sistemi də zəifləyir. Pandemiyanın ikinci dalğasında yaş fərqi olmadan bu virusa yoluxanların olduğunu müşahidə etdik. Bununda ilk səbəbi immunitet sisteminin aşağı olması idi. İnsanlar virusdan qorunmaq və orqanizmi güclü saxlamaq üçün sağlam qidalanmağa, açıq havada gəzməyə və bir qədər də idman etməyə köklənməlidirlər. Bu tövsiyyələr istənilən yaş həddi üçün keçərlidir. Bu qaydalar şagirdlərin dərslərinə fokslanmağa, eyni zamanda gümrah hiss etmələrinə və pandemiya böhranından daha sağlam qurtulmağa kömək olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə