Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub.
Ali Məhkəmədən SİA-ya verilən məlumata görə, bu səbəbdən baxılmış işlər - Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9 faiz azalıb.
Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb.
Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub. Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB