Əsas məqsədimiz Azərbaycanın haqq səsini dünyaya duyurmaqdır

Əsas məqsədimiz Azərbaycanın haqq səsini dünyaya duyurmaqdır

"Qarşımıza qoyduğumuz əsas məsələlərdən biri də məhz Azərbaycanın haqq səsini dünyaya duyurmaqdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməklə düşmənə döyüş meydanlarında və siyasət meydanlarında olduğu kimi informasiya meydanlarında da qalib gələ bilərik". Bunu SİA-ya açıqlamasında ADPU-nun Kimya və Biologiya fakultəsinin müəllimi, ADPU nun "Səadət" adlı "Gənc istedadlar" Cəmiyyətinin rəhbəri, yazar, şairə Səadət Abdullayeva deyib.

Cəmiyyətinin rəhbəri bildirib ki, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bu gün daha çox imkanlarımız var: "Bu imkanlardan düzgün istifadə etməklə, vahid informasiya hərəkatı yaratmaqla Xocalı soyqırımını olduğu kimi işıqlandırmaq olar. Bəşəriyyətin sülpərvər insanlarına məlumdur ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə və ondan sonra Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın silahsız Xocalı sakini qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin 366-cı alay komandirinin müavini mayor Ohanyan Seyran Muşeqoviçin (Seyran Ohanyan Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri" idi) komandanlığı altında alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandanlığı altında 3-cü batalyonun, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir".

S.Abdullayeva qeyd edib ki, artıq işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad olunub: "İşğaldan azad olunmuş torpaqlarımız da digər Azərbaycan əraziləri kimi gündən-günə abadlasacaq, yenə mədəniyyət mərkəzi Şuşadan muğam səsi gələcək. Bir daha vətənimizin bir qarşının işğal olunmaması üçün milli birliyimiz vacib şərtlərdəndir. Çünki istəsək də, istəməsək də hiyləgər, fürsətcil, mənfur düşmənimiz Ermənistan qonsumuzdur".

Bütün xəbərlər Facebook səhifəmizdə