"Biz özümüzü necə dərk edirik?" MÜSAHİBƏ

"Biz özümüzü necə dərk edirik?" MÜSAHİBƏ

Psixoloq, psixoterapevt Nərmin Mertin SİA-ya müsahibəsini təqdim edirik:

- Son bir ildə ölkəmizdə pandemiya dövründə insanların düşüncəsində hansı psixoloji amillər baş verdi və bunun göstəricisi hazırda hansı səviyyədədir?

- Son bir ildə ölkəmizdə pandemiya dövründə insanların düşüncəsində baş verənlərdən ən birincisi yaxınlarını itirmə və xəstəliyə yoluxma qorxusu oldu. Bu da nevrotik simptonlara daxil olan təşviş pozuntusuna aiddir və həmin amil panik atakların sayının artmasına gətirib çıxardı. İnsanlar təmizliklə bağlı olaraq daha çox əllərini yumağa, daha titiz davranmağa başladılar. Bundan əlavə əlcəkdən, tibbi maskadan, spirtdən istifadə belə onlada psixoloji olaraq təmizlik obsessiyalarının yaranmasına münbit şərait yaradır . Məsələn, birdən mən əllərimi yaxşı yumaram və virusa yoluxaram, yaxınlarıma xəstəlik keçər və s. Mənim pasiyentlərim arasında da belə problemlərlə üzləşənlər olub. Bu cür hallar insanlarda təşviş pozuntu və OKB adlanır. Bu da nevrotik simptonlara daxildir. Həmin insanlar arasında stres, qorxu, həyəcan-təşvişə çox rast gəlinir və təəssüf ki, bunlar da öz paralelində depressiyaya yol açır.

- Pandemiya dövründə yumşalmaların olması, aktivliyin artması, xəstəlik sayının düşməsi psixoloji problemlərə necə təsir edib və edəcək?

- Pandemiya dövründə yumşalmaların olması xroniki depressiyanın önünü ala bilir. İnsanlar aktiv həyatdan anidən passiv həyata keçəndə onlarda müəyyən mənada xroniki depressiya yarana bilər. Aktivliyin bərpa olunması insanların rutin həyatlarına geri qayıtmaları onlata müsbət təsir göstərir.

Düzdür, hələki iaşə obyektləri bağlıdır amma bəzi məkanlar açıqdır və ən azından sərt karantində belə açıq havada müəyyən qədər gəzmək üçün vaxt verilirdi. Yürüş etmək, açıq havada gəzmək, parklara getmək, sosiallaşmağa başlamaq insanların psixoloji vəziyyətində düzəlməyə müsbət təsir göstərir. Digər tərəfdən virus daşıyıcılarının sayının artması yenidən daxilən bir stress faktorunu yaradır və təşvişi oyadır.

-Evə qapanma dövründə ailənin fərdləri daha çox birlikdə vaxt keçirdilər, bu isə bəzi hallarda müsbət və mənfi yollara da səbəb oldu. Məsələn, insanlar depressiyaya qapıldılar və s. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

-Pandemiyanın ilk əvvələrində sosial mediada müəyyən qruplar açıldı. Həmin qruplar “Evdə qal” və “heşteqi” ilə bağlı idi və s. Hətta mən özüm də sosial media hesabımdan övladları ilə birlikdə qalan valideynlərin necə səmərəli vaxt keçirə bilər mövzusunda paylaşımlar elədim. Depressiyadan necə yan keçmək olar? Təbii ki, ilk olaraq bu barədə müsbət düşünməliyik. Hal-hazırda evdəyik və bunu özümüz üçün avantajlı vəziyyətə çevirməyimiz mümkündürmü? Uzun müddət xəyalımızda olanları edə bilərik. Məsələn, kitab oxumaq, rəsm cəkmək, idman etmək, film izləmək və s.

Düzdür işsizlik ön planda idi. Amma işləyib övladı ilə vaxt keçirə bilməyən analar, atalar var idi. Pandemiya dövründə valideynlər övladlarına vaxt ayıra bildilər. Hətta cütlüklər olaraq bir-birlərinə vaxt ayırdılar. Kimlərsə idmanla məşğul oldu, kimlərsə iş yorğunluğundan dincəldi. Bundan əlavə insanlar sosial çevrədə xoşbəxt hissetmə duyğusundan uzaq olub tək başına da xoşbəxt ola bilərlər. Biz özümüzə təkbaşına necə yetirik? Biz özümüzü necə dərk edirik? Başqaları olmadan günümüzü necə keçirə bilərik? Bu bizi özümüzü dərkə, özümüzü analizə, özümüzü qiymətləndirməyə gətirib çıxarır. Eləcə də bu insanlar üçün yaxşı bir fürsət oldu. Beləki pandemiya şəraiti kitab vərdişlərinin yaranmasına, insanların izləmək istədikləri filmləri rahat şəkildə izləmələrinə, ailələrinə, uşaqlarına vaxt ayırmağına səbəb oldu.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə