İqlim dəyişkliyinin səbəbləri: Qarşısı necə alınmalı? - ARAŞDIRMA

İqlim dəyişkliyinin səbəbləri: Qarşısı necə alınmalı? - ARAŞDIRMA

Atlantik okeanındakı Bermud adaları ətrafında iqlim dəyişikliyi səbəbiylə istilik artımı səbəbindən qasırğaların sürətinin son illərdə iki dəfədən çox artdığı ortaya çıxıb. "Milli Okeanoqrafiya Mərkəzi" okean elmi institutu və İngiltərədəki Southampton Universiteti tərəfindən birgə aparılan araşdırma, son illərdə iqlim dəyişikliyi səbəbindən qasırğaların sürətində artım müşahidə edib. SİA-nın araşdırmalarına görə, tədqiqatçılar Bermudada və ətrafındakı qasırğaların sürətinin 1955-ci illə 2019-il arasında saatda 56 kilometrdən 117 kilometrə qədər yüksəldiyini aşkar ediblər.

Tədqiqat çərçivəsində Bermud Okean Elmləri İnstitutunun topladığı məlumatlara əsaslanaraq bölgədəki dəniz səthinin istiliyinin son 66 ildə 1,1 dərəcə artdığı görülüb.

İngilis tədqiqatçılar elm dünyasında dəniz səthindəki istiliyin qasırğaların meydana gəlməsinə təsirinin bilindiyini, lakin bu araşdırma ilə səthə yaxın dəniz istiliyinin də qasırğaların meydana gəlməsində əhəmiyyətli bir rol oynadığını ortaya qoyub.

Araşdırmada dəniz səthində və səthdən 50 metr aşağıda qeydə alınan istiliklərin qasırğaların güclənməsinə kömək etdiyi vurğulanıb.

Tədqiqat "Environmental Research Letters" jurnalında dərc edilib.

İqlim dəyişkliyinin səbəbləri və bunun qarşısının alınması barədə SİA-ya açıqlama verən İqlim Dəyişmələri sahəsində ekspert Məhərrəm Mehtiyev qeyd edib ki, Qlobal iqlim dəyişmələri dünyada baş verən insan fəaliyyəti nəticəsində yaranan karbon qazının atmosferdə artması ilə bağlıdır: “Sənayeləşməyə qədər əgər atmosferdə 280 ptm karbon qazı var idisə, hazırda bu 410-a gəlib çatıb. Ona görə də, Qlobal istiləşmə prosesi sürətlə gedir. Bir şeyi nəzərinizə çatdırım ki, pandemiya dövründə yanacaqdan az istifadə nəticəsində 2020-ci il ərzində karbon qazının atmosferə atılması azalıb. Bu o demək deyil ki, konsantrasiya da azalıb, çünki karbon qazının yaşama dövrü 100-120 ilə bərabərdir. Ona görə də, indiyə qədər atılmış miqdar hələ də atmosferdə dayanır. Qlobal istiləşmə son dövrlərin ən bilinən ekoloji problemidir və bu problem artıq bizim həyatımıza da siraət olunub”.

Atmosferə atılan karbon qazının miqdarının azaldılması üçün görülən tədbirlərdən bəhs edərkən ekspert bildirib ki, bu məsələdə ən mühüm məsələ enerjinin səmərəli istifadəsini təmin etməkdir. Buna misal olaraq günəş, külək və su enerjisidir. Biz nə qədər az maye yanacaq, təbii qaz istifadə etsək və alternativ bərpa olunan enerjiyə keçsək, bir o qədər az atmosferə karbon qazı atılmasına nail ola bilərik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə