YAP Qobustan rayon təşkilatında "Şəhid ailələrinə yardım" aksiyası davam edir - FOTOLAR
Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının üzvləri şəhid və qazilərin ailələrini daim diqqətdə saxlayır. Rayon təşkilatının rəhbərliyi, YAP fəalları müxtəlif aksiyalar formasında şəhid ailələrini və qaziləri ziyarət edir, onların problemlərinin həllinə yardımçı olur, dəstəyini göstərir.
YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev və rayon təşkilatının üzvləri növbəti dəfə rayonun Cəmcəmli kəndində yaşayan Vətən müharibəsi qazilərindən Qorxmaz Aburəşidov Tələt oğluna və Röyal Əmirov Saleh oğluna baş çəkiblər. Dövlətin bu sahədə həyata keçirdiyi işlər barədə məlumat veriblər, ailələrinə köməklik və maddi yardım ediblər. Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında qazilərimizin və şəhidlərimizin xüsusi payı olduğunu qeyd ediblər, onlara partiya üzvləri adından təşəkkürlərini çatdırıblar.
Qazilər də öz növbələrində Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB