DSX əməkdaşlarının vaksinasiyası başlanıb

DSX əməkdaşlarının vaksinasiyası başlanıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının koronavirusa qarşı peryvəndlənməsinə başlanıb. SİA-nın məlumatına görə, xidmət əməkdaşlarının vaksinasiyası DSX-nin hospitalında həyata keçirilir.

"Ölkə başçısı və Birinci vitse-prezident tərəfindən verilən göstərişə əsasən, koronavirusa qarşı 5000 nəfər üçün doza əldə etmişik". Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusif-zadə deyib.

"Bu, bizim hazırkı mərhələdə olan ehtiyacımızı qarşılayır", - o bildirib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi deyib ki, indiyədək Dövlət Sərhəd Xidmətinin 23 nəfər hərbi qulluqçusu və mülki işçisi vaksinasiya olunub: "Bu gündən etibarən DSX-nin Bakı Qarnizonu, daha sonra isə hərbi hissələr üzrə kütləvi şəkildə vaksinasiya davam edəcək. Bütün məlumatlar toplandıqdan sonra təhlil olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək".

K.Yusif-zadə vurğulayıb ki, sərhədçilər arasında da koronavirusa yoluxan var: "Hazırda 6 nəfər COVID-19 virusunun daşıyıcısıdır".

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə start verilib.

Yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib.

İlkin mərhələdə sosial cəhətdən yüksək risk qrupuna daxil olan səhiyyə işçiləri - həkim, orta və kiçik tibb heyəti, texniki heyət peyvənd olunub.

Növbəti mərhələdə tibbi cəhətdən yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Dünəndən isə yaşı 50-dən yuxarı olan şəxslərə peyvəndin vurulmasına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə