Rabitə naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Rabitə naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri çərçivəsində ölkənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Əli Taha Koçla görüşüb.

SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycanla Türkiyə arasında süni intellekt, "hökumət buludu" və iri məlumat bazası sahələrində gələcək əməkdaşlıq müzakirə olunub.

Bundan başqa, nazir İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyasında olub. R.Nəbiyev burada Türkiyənin telekommunikasiya və poçt xidmətləri, tənzimləmə qaydaları və təcrübəsi ilə tanışlığın önəmli olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə