Fevralın 17-də Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rəşid Talıbov və Masallı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı, Müharibə veteranı Nurlan Muradov Masallı rayonunun Sərçuvar kəndində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədovun anım mərasimi ilə əlaqədar Milli Qəhrəmanın evində anası ilə görüşüblər.
Əvvəlcə mərasim iştirakçıları Milli Qəhrəmanın Sərçuvar kəndindəki məzarını ziyarət edib, xatirəsini bir dəqiqəlik sükutla yad edib və ruhuna dualar oxuyublar. Sonra Milli Qəhrəmanın anası ilə görüşən rayon rəsmiləri ailənin vəziyyəti ilə maraqlanıb və Milli Qəhrəmanın anası ilə xatirələrini bölüşüblər.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəzər Tağıyev, kənd ağsaqqalları, ziyalılar, Milli Qəhrəmanın adını daşıyan Sərçuvar kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.
Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Sonda Milli Qəhrəmanın anası Şahbəstə Məmmədova onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinə və qonaqlara dərin minnətdarlığını bildirib.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB