Soydaşlarımız Gürcüstan parlamentini Xocalı soyqırımını tanımağa çağırıb

Soydaşlarımız Gürcüstan parlamentini Xocalı soyqırımını tanımağa çağırıb

Gürcüstanda yaşayan azərbaycanlı icması ölkə parlamentini 29 il öncə ermənilər tərəfindən törədilən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırıb. SİA-nın xəbərinə görə, 55 təşkilat və ictimai xadimin imzaladığı birgə bəyanat Gürcüstan Prezidenti Salome Zurabişviliyə, Baş nazir Giorgi Qaxariaya, parlament sədri Arçil Talakvadzeyə, Xarici İşlər Nazirliyinə, Ombudsman aparatına və digər qurumlara, Amerika və Avropanın Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinə ünvanlanıb.

Xocalı soyqırımı barədə ətraflı məlumatın verildiyi bəyanatda bildirilib ki, indiyədək dünyanın bir sıra ölkələri bu dəhşətli faciənin soyqırım kimi tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edib. Azərbaycan əsilli vətəndaşların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini, onun inkişafına var qüvvələrilə xidmət göstərdiklərini xatırladan soydaşlarımız Gürcüstan parlamentini bu qəddar cinayətə səssiz qalmamağa səsləyib: "Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların – mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız". Bəyanat müəllifləri qeyd ediblər ki, XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibətin yeni cinayətlərin qarşısını alacağına inanırıq: "Biz artıq "Terrora yox!" şüarı ilə deyil, "Dünyada sülh və barış!" çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qaranlıqdan işığa doğru səsləyirik. Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə yürüş etsin".

Sözügedən çağırış bəyanatını aşağıdakı təşkilatlar və şəxslər imzalayıb:

1. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi 2. Gürcüstan Azərbaycanlı Aktiv Qadınlar Asossiyasiyası 3. Gürcüstan Azərbaycanlılarının Hüquqşünaslar Asossiyasiyası 4. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyi 5. Yenidən Qurma və İnkişaf Mərkəzi "Şəffaf Qafqaz" 6. Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi 7. Milli Azlıqlar üzrə Monitorinq Qrupu 8. Qeyrət Xalq Hərəkatı 9. Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyi 10. "Varlıq" Mədəniyyət Mərkəzi 11. "Salam" Mədəni Xeyriyyə Cəmiyyəti 12. Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası 13. Borçalı-İrəli İctimai Birliyi 14. İnkişaf və Təhsil Mərkəzi 15. Gürcüstan Lider Media Təşkilatı 16. Bolnisi Mədəniyyət Mərkəzi 17. Ozan İctimai birliyi 18. UNİON Gənclər Təşkilatı 19. Böyük Birlik Təşkilatı 20. Qarayazı Dirçəliş İttifaqı 21. Sadaxlı Dirçəliş İttifaqı 22. Əhli-Beyt Cəmiyyəti 23. Kvemo-Kartli Vətəndaş Cəmiyyətinin İnkişafı İnsitutu 24. Azərbaycanlıların Mədəniyyət Mərkəzi 25. Loğman Təşkilatı 26. Mirzə Fətəli Axunzadə adına Tbilisi Mədəniyyət Muzeyi 27. ERA Teatrı 28. Azərbaycanın Yazıçılar Birliyinin Gürcüstan Nümayəndəliyi 29. Borçalı Biznesmenlər Birliyi 30. Rustavi Azərbaycanlılarının İctimai Təşkilatı 31. Yaradıcı Gənclər Akademiyası 32. Gürcüstan Həmrəylik Hərəkatı 33. "Darvaz" Mədəni-Xeyriyyə Cəmiyyəti 34. Gürcüstan Azərbaycanlı Gənclər Forumu 35. "Sarvan" Folklor Ansambılı 36. "Dostluq Yolu" İctimai Təşkilatı 37. İnteqrasiya Elmi Mədəni Araşdırmalar Mərkəzi 38. Elmi Araşdırmalar Asossiyasiyası 39. "İmam Əli" Xeyriyyə Fondu 40. "Əmin" Xeyriyyə Fondu 41. Gürcüstan Müsəlmanlar idarəsinin şeyxi Ramin İgidov 42. UNESCO Ümumdünya Rəssəmlar İttifaqınn və Gürcüstan Rəssamlar İttifaqının üzvü Rizvan İsmayılov 43. Professor Mahmud Hacıxəlilov (Kamaloğlu) 44. Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir Dərziyev 45. Gürcüstan Parlamentinin keçmiş deputatı Azər Süleymanov 46. Gürcüstan Parlamentinin keçmiş deputatı Ruslan Hacıyev 47. Gürcüstan Parlamentinin keçmiş deputatı Əli Məmmədov 48. İmam Əli Məscidinin axundu Hacı Hacıyev 49. İmam Hüseyn Məscidinin axundu Əziz Nəbiyev 50. Gürcüstan İslam Araşdırmaları Mərkəzi 51. Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi 52. Əhli-Beyt Aşiqləri Forumu 53. Marneuli Gənclər Mərkəzi 54. "Təmiz Xəbər" Media Təşkilatı 55. Azərbaycan Mədəniyyətinin İnkişaf Mərkəzi

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə