Qusarda "Şəhid ailələrinə qayğı" aksiyası davam etdirilir

Qusarda "Şəhid ailələrinə qayğı" aksiyası davam etdirilir

YAP Qusar rayon təşkilatı " Şəhid ailələrinə qayğı " aksiyası şərçivəsində şəhid ailələrinin ziyarət olunması tədbirlərini davam etdirir. Təşkilatın nümayəndələrinin şəhid ailələrinin üzvləri ilə növbəti görüşi Düztahir və Böyük Muruq kəndlərində olmuşdur. Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış İbrahimov Tofik Polad oğlu və Həsənov Afik Namik oğlunun ailə üzvləri ilə birlikdə məzarları ziyarət olunmuşdur.

Təşkilatın nümayəndələri şəhid ailələrinə qayğıları ilə maraqlanmış və onlara ərzaq yardımı göstərilmişdir.

Şəhid valideynləri dövlətin və rayon rəhbərliyinin onlara göstərdiyi qayğıdan razılıqlarını bildirmiş, Vətənin müdafiəsi yolunda öz canlarını əsirgəməyən oğulları ilə fəxr etdiyini qeyd etmişlər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə