"Bunlar da Qarabağda sürətli inkişafın əsaslarından biridir" Məktəb direktoru

"Bunlar da Qarabağda sürətli inkişafın əsaslarından biridir" Məktəb direktoru

Şanlı qələbəmizin banisi olan Möhtərəm Prezidentimizin işğaldan azad edilən Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri və həmin səfərlərdə verdiyi açıqlamalar tarixi torpaqlarımızın xəyanət nəticəsində erməni vandalları tərəfindən işğal edilməsi, tarixi abidələrimizin viran edilməsi, sərvətlərimizin talanmasına rəvac verənlərin kimliyi ilə bağlı açıqlamaları bu gün qələbəmizə kölgə salanlara tutarlı cavab oldu. Xalqımıza xəyanət edənlər 1990-cı illərdə yaratdıqları hərci-mərcilik nəticəsində 1992-ci il mayın 8-də Şuşa işğal olundu. Bu işğal faktından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Bu bağlantının yaradılması isə ardcıl olaraq digər rayonlarımızın işğalı ilə nəticələndi.

Bu xəyanətlər nəticəsində 30 ilə yaxın tarixi torpaqlarımız mənfur düşmənlərimizin tapdağında qalsa da bu gün bu torpaqlara qalib komandan kimi Cənab Prezidentimizin səfərləri bir xalq olaraq hər birimizin qürurudur.

Cənab Prezident İlham Əliyevin işğaldan azad edilən torpaqlarımıza səfərləri zamanı haqlı olaraq bildirmişdir ki, Laçın rayonunu və Şuşanı satanlar eyni adamlardır. Onlar hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb, bu xəyanəti edib, bu cinayəti törədib. Ermənilər isə tarixi torpaqlarımızda öz mənfur niyyətlərini həyata keçirərək daşı daş üstündə qoymayıblar, məscidlərimizi, müqəddəs ziyarətgahlarımızı dağıdaraq hər cür iyrənc hərəkətlərə əl atıblar. Bu azmış kimi torpaqlarımız işğal altında saxlandığı vaxtlar Azərbaycan kəndlərində ermənilər qanunsuz məskünlaşdırıldı. İşğalçı dövlətin orda yaratdığı şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər.

Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır.

Rayonlarımızın işğaldan azad edilməsi işğal edilməmiş rayonlarımızda kənd təsərrüfatının inkişafınada öz müsbət təsirini göstərəcəkdir. Cənab Prezdentin azad edilmiş rayonlara səfəri zamanı bu məsələyə də xüsusi həsaslıqla yanaşaraq bildirmişdir ki, mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Artıq bu problem də aradan qalxıb ki, bu da öz növbəsində əhalimizin qida təminatında xüsusi rol oynayacaq. Kənd təsərrüfatının inkişafı öz növbəsində kənd əhalisinin məişətində də müsbət rol oynayacaq.

Qarabağın işğaladan azad edilməsi yuxarda da qeyd etdiyimiz kimi, bir çox sahələrin inkişafına təsir etməklə yanaşı, ekoloji mühitin yaxşılaşmasına da təsir edəcəkdir. Artıq Cənab Prezidentin səyi nəticəsində 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilib. Bu qoruqda işğaldan əvvəl 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Artık qoruğun bərpa edilməsi düşmənlərimizin vandalcasına törətdikləri vəhşiliklərin aradan qaldırılması işinə kömək edəcəkdir. İşğaldan azad edilən rayonlarımızda ekoloji mühiti yaxşılaşdırılması bununla yekunlaşmır. Cənab Prezident İlham Əliyev bununla bağlı bildirmişdir ki, Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir. Bu da dünya praktikasından da gördüyümüz kimi “Yaşıl enerji”nin inkişafı investsiya cəlbinin əsas istiqamətlərindən biridir. Yaşıl enerji zonasının yaradılması 30 ildir talan edilən, ekoloji cəhətdən məhvə sürüklənmiş tarixi torpaqlarımızın qısa zaman kəsiyində hərtərəfli inkişafına təkan verəcəkdir. Bölgənin coğrafi mühitinə bələd olanlar da gözəl bilir ki, Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Bununla yanaşı Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyaları bərpa ediləcək. Aparılmış qiymətləndirmələrə görə Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq. Bunlar da Qarabağda sürətli inkişafın əsaslarından biridir.

Azərbaycan xalqı əmindir ki, Ali baş komandanımızın uzaq görənliyi, qətiyyəti və siyasi iradəsinin nəticəsi olaraq yaxın gələcəkdə doğma torpaqlarımız cənnətməkana çevriləcək.

Elnur Bayramov

216 nömrəli məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə