Hindistanlı qız müsəlman oğlanı sevdiyinə görə atəşə atılaraq diri-diri yandırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı polis nümayəndəsi hadisə ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.
“Fevralın 4-də Cinqa kəndində yarıyanmış qadın meyiti aşkarlanıb. Yerli polisin yardımı ilə videomüşahidə kameralarından, səhra qrupları və polis itlərinin köməyi ilə müəyyən edilib ki, həmin meyit Qorakxpurun Belqaxt rayonunun sakini Rancana Yadavaya məxsusdur”, deyə qeyd edən polis bildirib ki, qızın atası Kaylaş Yadav Varun Tivari adlı killeri kirayələyib və ona 150 000 rupi ödəyərək qızının öldürülməsini istəyib.
“Tovari yardımçıları ilə birlikdə qurbanı səhralıq yerə aparıb, üzərinə benzin tökərək yandırıb. Artıq Uttra-Pradeş ştatının polisləri benzin konteynerini və onu daşıyan motosikli tapıb. Əldə edilənlər qatilin tapılmasına yardım edəcək. Həmçinin, fevralın 14-də ailənin başçısı, həmçinin qurbanın qardaşı Acit Yadavav, eləcə də digər qohumları – Satyaprakaş Yadav cə Sitaram Yadav qətlin sifarişçiləri kimi tutulublar”, deyə bildirilən məlumatda qeyd edilir ki, Uttra-Pradeş ştatı özünün antiislam kampaniyaları ilə məşhurdur. Belə ki, ötən ilin dekabrında polis dəfələrlə konfessiyalararası nikah mərasimlərini pozaraq, müsəlman ərləri, ya da xanımları yeni “dini inama qarşı zor tətbiq etmə” qanunu çərçivəsində məsuliyyətə cəlb ediblər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB