"Laçında şanlı bayrağımızı dövlət başçısı göylərə qaldıranda gözlərim qürurdan doldu və ilk ağlıma bu sözlər gəldi. Laçın Qarabağ münaqişəsinin keçmişində və hətta həll olunmuş bugünündə belə böyük əhəmiyyətə malikdir. Bilənlər xatırlayacaqdır ki, ətraf yeddi rayondan beşini hardasa qaytarmağa razı olan Ermənistan heç bir halda Laçını qaytarmaq istəmirdi. Biz isə oranı bir güllə belə atmadan geriyə almağa nail olduq. Hətta orada bir ay yarım kimi qısa zamanda ilk su elektrik stansiyasını tikdik. Bu istər mənəvi, istərsə də, enerji təminatı baxımından böyük hadisədir. Miqyasına görə elə böyük olmasa da, Laçın rayonun cənubunu və Qubadlı rayonunu tam elektrik enerjisi ilə təmin etməyə qadir bir su elektirk stansiyası tikilmişdir. Bu, bölgənin gələcək inkişafına özünün müsbət təsirini göstərəcəkdir. Laçının tarixdə özünə məxsus yeri vardır. İgid, mərd oğulların məkanı olan qədim torpaq öz sakinləri ilə, məğrur dağları ilə, strateji mövqeyi ilə həm Azərbaycanın, həm də Qarabağın göz bəbəyidir. Laçında dövlət bayrağımızın dalğalanması ürəklərində revanşist hisslər bəsləyənlərin arzularını bir daha ürəklərində qoydu". Bu fikirləri "Səs" qəzetinə aciqlamasinda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev bildirib.
Doğrudur üç rəngli müqəddəs bayrağımız bir əsir bundan əvvəl ilk dəfə dalğalanıb. Lakin onun özünü dərk və qürur zamanı bugündür, deyərək qeyd edib ki, biz bir əsr boyunca itirdiyimiz torpaqları geriyə qaytarıb, şanlı bayrağımızı işğal altından azad olunmuş torpaqlara asırıq. Bu, hədsiz qürurverici haldır: "Əminəm ki, Prezidentin işğal olunmuş ərazilərə səfərləri hər birimiz üçün böyük marağa səbəb olur. Biz çox hörmətli Mehriban xanım Əliyevanın çəkdiyi həvəskar videolar vasitəsi ilə doğma Prezidentimizin səmimi təqdimatında azad olunmuş torpaqlarımızda görüləcək işlərlə tanış oluruq. İllərdir həsrətində olduğumuz bu yerlərdə həyatın yenidən canlanması, təbiətin öz hənirimiz, öz səsimizlə oyanması hər bir azərbaycanlını sevindirən amildir. İşğal prosesi tam başa çatdıqdan sonra əsas məsələ uzun illər inkişaf mərhələsindən kənarda qalmış ərazilərin bərpasıdır. Əlbəttə, bu keçid dönəmini Azərbaycan özü daxili imkanları hesabına uğurla keçə bilər. Lakin bu sahədə uğurlu təcrübələr həyata keçirmiş dövlətlərdən və onların uğurlarından faydalanmaq rasional addımdır. Dövlət başçısı möhtərəm İlham Əliyev istər müharibə dönəmində, istərsə də sonrakı mərhələdə dost və qardaş dövlətlərin Qarabağın bərpasında iştirak edəcəyini dəfələrlə vurğulamışdır. Artıq müharibə bitib və bir sıra layihələr öz axarında reallaşır. Deməliyəm ki, biz dost və qardaş ölkələrin xidmətlərindən faydalanırıq. Bu faydalanma əlbəttə, qarşılıqlı mənfəətə əsaslanır".
Ə.Haqverdiyev bildirib ki, ərazilərdə bərpa işlərinin həyata keçirilməsi, ticarətin və həyatın canlanması üçün ilkin olaraq bölgənin minalardan təmizlənməsi prosesi başa çatmalıdır. Daha sonra isə dağıntıların miqyası müəyyən edilməlidir. Təzminat məsələsi çox böyük əhəmiyyətə malikdir. Bu məqam dövlət başçısı tərəfindən dəfələrlə gündəmə gətirilib. Daha bir məqam var ki, biz yenidənqurma mərhələsində mütləq müəyyən əraziləri maddi və tarixi sübut kimi gələcək nəsillərə ötürməliyik. Açıq hava müzeylərinin təşkil olunmağını şəxsən dövlət başçısı özü təklif etmişdir. Bu, gələcək nəsillərin barbar qonşularla davranışlarında ehtiyatlı olmağına səbəb olacaqdır: "Hər halda mən desəm ki, dünyada İlham Əliyev qədər müdrik siyasi xadim, lider elə də çox deyil əminəm ki, siz mənimlə razılaşacaqsınız. O, yalnız ölkə xaricində ölkəsini ləyaqətlə təmsil etmir, eyni zamanda da cəmiyyətimizdə verdiyi qərarlarla böyük hörmət və sonsuz sevgi qazanmışdır. Söz xatirinə söz demədiyi, mənasız bəyanatlar vermədiyi, sözünün imzası qədər qüdrətli olduğunu artıq bütün dünya bilir. Möhtərəm Prezident həm də peşakar dövlət idarəçisidir. Verdiyi tapşırıqları mütləq yoxlayır və dövlət aparatının işinə şəxsən nəzarət edir. Düşünürüəm ki, verdiyi əmrləri yerində yoxlamağı vacib sayan dövlət başçısının bütün digər rayonlara olduğu kimi azad olunmuş bölgələrə də səfərlərinin sayı artacaqdır. Axı bu ərazilər həm əhəmiyyətli həm də həssas bölgələrdir. Yenidənqurma prosesinin davam etdiyi vaxtlarda verilən tapşırıqların müntəzəm yoxlanılması böyük əhəmiyyətə malikdir. Prezdentin bu məsələyə həssas yanaşması həm vətəndaşlarda dövlətə güvən, etibar və etimadı, həm də məmurlarda öz işlərinə qarşı cavabdehliyi artırar. Qarabağa Prezidentin hər səfəri yalnız insanlar üçün deyil, torpaq və təbiət üçün də bayramdır. Hər səfərini günəş öz şüaları ilə müşayət etməkdədir. Sanki təbiət, torpaq öz əsil sahiblərini görüb sevinirlər. Əslində sözün bütün mənalarında cənab Prezidentin hər səfəri günəş kimi o Qarabağa şölə saçır, bölgə üçün töhfələr verir. İstəyir konkret görülmüş işlər, istərsə də siyasi bəyanatları bölgənin inkişafına istiqamət vermək baxımından çox əhəmiyyətlidir".
Ə.Haqverdiyev diqqətə cəkdi ki, əsası 1974-cü ildə Ulu Öndər tərəfindən qoyulmuş “Bəsitçay” dövlət qoruğu düşmən tərəfindən məhf edilmişdir. Əlbəttə, bu torpaqlarda müvəqqəti olduqlarını bilən düşmənlər sadəcə talançılıqla məşğul olublar. Dövlət qoruğu ərazisində mövcud olmuş iki yüz illik çinarların demək olar ki, hamısı məhf edilmişdir. Bugün orda yeni əkilmiş çinar o qoruğun keçmiş şanlı günlərini gün gələcək yenidən özünə qaytaracaqdır: "Uzun illərin həsrəti inkişafın yeni modulu olaraq üzə çıxacaq. Biz bundan sonrakı inkişaf prosesini müasir dünyanı qabaqlayaraq həyata keçirəcəyik. Dövlət başçısı yenidənqurmaya məhz Zəngilan rayonu İkinci Ağalı kəndindən başlanılacağını bəyan etmişdir. Əlbəttə, Prezident dəfələrlə demişdir ki, Qarabağda yenidənqurma zamanı “ağıllı kəndlər və şəhərlər” qurulacaqdır.
Yeni yaranmış vəziyyət yeni imkanlar yaratmışdır. Lakin bir anda bütün dağılmış infrastrukturun, ticarətin və həyatın bərpasının mümkünsüzdür. Yeni nəqliyyat yollarının açılması, yeni ticarət imkanlarının yaranması cənubi Qafqazın inkişafına müsbət təsir edəcəkdir. Azərbaycan Prezidentinin təklif etdiyi altılıq formatında qurulacaq iqtisadi inkişafın böyük əhəmiyyətə malikdir. Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın ortaq bir layihədə yer alması regionun gələcək inkişafına ciddi töhfələr verəcək. Həmçinin, Horadiz-Zəngilan-Ağbənd dəmiryolu xəttlərinin təməlinin yenidən atılması böyük geosiyasi hadisədir. Xüsusilə regionda bir neçə dövlətin maraqlarına birdən xidmət edir. Bu dəmiryolu xətti Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı ana vətənlə birləşdirəcəkdir. Bu, eyni zamanda Böyük Türk Dünyasının da vahidləşməsi, bütövləşməsidir. Bu hadisəni həm iqtisadi, həm siyasi, həm də coğrafi yenilik kimi qiymətləndirmək olar. Region dövlətləri sülhün bərqərar olması ilə böyük iqtisadi gəlir əldə edəcəkdir. Əlbəttə, Ermənistan bu yolla böhran vəziyyətindən çıxaraq, Türkiyəyə, İrana və Rusiyaya bir başa çıxış əldə etmiş olacaqdır. Ticarət əlaqələrinin yenidən bərpa olunması regionda sülhün və sabitliyin dayanıqlı, davamlı olmasına mühüm zəmin yaradacaqdır".
Yuxarıda qeyd olunan hər bir məqam dövlətlərimizin bundan sonrakı inkişafına və Qarabağın yenidən qurulmasına xidmət edir. Çox böyük qürur hissi ilə demək istəyirəm ki, mən bu prosesin bir hissəsi olmağa hazıram!, deyə o bildirdi.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB