Prezidentimiz bütün çətinlikləri aradan qaldırmağa qadirdir - ŞƏRH ÖZƏL
“Torpaqlarımızın işğaldan azad olunması, həmin ərazilərdə kənd təsərrüfatının inkişafına geniş imkanlar açır. Bu torpaqlarda pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın, heyvandarlığın inkişafı üçün potensial çox böyükdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında olarkən bu ərazilərdə aqrar sektorun inkişaf perespektivlərindən ətraflı bəhs edərkən bu məsələlərə bir daha aydınlıq gətirib və göstərib ki, 6 - 7 rayonun kənd təsərrüfat sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndçilər daha çox maliyyə vəsaiti qazanacaqlar. Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Sözsüz ki, ölkə rəhbərinin tapşırıqlarına əməl edilib və 7 min hektarda əkin işləri aparılıb. Ancaq bu işin başlanığıcıdır. Bu ilki mövsümdə 20 - 25 min hektarda əkin aparılması, bu günə kimi suvarılmayan 100 min hektar torpaq sahəsinə su verilməsi nəzərdə tutulur. Aqrar sahənin inkişafı üçün əsaslı layihələr hazırlanıb ki, bu da işlərin sürətlə həyata keçirilməsinə hesablanıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputatın sözlərinə görə, Prezidentimizin, birinci xanım Mehriban Əliyevanın, Leyla xanımın işğaldan azad olunmuş ərazilərə səfərləri, burada Horadiz - Zəngilan - Ağbənd dəmir yolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird su elektrik stansiyasının açılışının edilməsi, Zəngilan rayonunda “ağıllı kənd” layihəsinə start verilməsi, yaşıllıqların salınması, ağac əkilməsi, əkin sahələri ilə tanışlıq və sair tədbirlər göstərir ki, ölkə Başçısının rəhbərliyi ilə erməni təcavüzkarları tərəfindən məhv edilmiş şəhər və kəndlərimiz, qırılmış meşələrimiz, viran qoyulmuş tarixi - mədəni, dini abidələrimiz, yararsız hala salınmış torpaqlarımız tez bir zamanda bərpa olunacaq: “İnsanlar öz ata - baba yurdlarına qayıdacaq, əkin - biçin, quruculuq işləri uğurla davam etdiriləcəkdir”.
T.Rzayev vurğulayıb ki, Azərbaycan Prezidenti Qarabağın cənnətə çevriləcəyi mesajını dönə - dönə verməklə, heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz ifadəsini işlətməklə dünyaya, haqq səsimizi uzun illər eşitməyənlərə, erməni faşistlərinə dəstək olanlara, bir çox liberal beynəlxalq təşkilatlara bildirmək istəyir ki, Azərbaycan xalqı qüdrətlidir, ordumuz güclüdür, gələcəyimiz işıqlı və xoşbəxtdir: “Xalqımız Prezidentimizi dəstəkləyir, onunla bir mövqedədir və sözsüz ki, müharibədə olduğu kimi bərpa işində də öz sözlərini deyəcək, qətiyyət göstərəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB