Paytaxtın kommunal xidmətləri hazır vəziyyətə gətirilib - RƏSMİ

Paytaxtın kommunal xidmətləri hazır vəziyyətə gətirilib - RƏSMİ

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb. Təsərrüfat Xidmətlərindən SİA-ya verilən məlumata görə, görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazirlıq tədbirləriin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində mütəmasi olaraq paytaxt rayonlarında monitirinqlər keçirilib.

Yerlərdə görülən işlər Şəhər İcra Hakimiyyətində məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərlərinin iştiraki ilə onlayn operativ müşavirələrdə müzakirə edilib, qışa hazırlığın vəziyyəti ilə bağlı əlavə tapşırıqlar verilib.

Rayonlardakı hər bir qurumun qış aylarında üzərilərinə düşən vəzifələri, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırılması dəqiq müəyyən edilib, və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılıb.

hər bir təşkilata qar yağması zamanı nəzərdə tutuln tədbirlərdə fəal iştirak etməsi və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi tapşırılıb, cavabdeh ərazilər müəyyən edilib.

BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə