Odlar Yurdu Gənclər İctimai Birliyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. SİA-nın verdiyi məlumata görə, memoronduma əsasən tərəflər turizm sahəsində gənclərin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, müştərək layihələrin hazırlanması, turizm və turizm blogerliyi araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər. Razılaşmaya əsasən tərəflər müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkil edilməsində, müxtəlif kampaniyalarının aparılmasında, layihələrin icra olunmasında birgə fəaliyyət göstərəcəklər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB