YAP İsmayıllı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər - FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının nümayəndələri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət edirlər. 15 fevral 2021-ci il tarixdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Məmmədli Cəmil Habil oğlunun ailəsi ziyarət edilib.
YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova şəhid Cəmil Məmmədlinin valideynləri ilə söhbət zamanı bildirib ki, onların övladları igidlik, fədəkarlıq, şücaət göstərərək 30 ildir işğal altında olan torpaqlarımızın azad edilməsi zamanı şəhid olub. Belə qəhrəman övladlar yetirdiklərinə görə onlara minnətdarlıq edib. Bildirib ki, hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər. Onlara olan diqqət və qayğı əbədidir.
Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Məmmədli Cəmil Habil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə ”Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” və “Fizulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB