Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist Dəmir Qurbanlı ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenə məktub ünvanlayıb. SİA həmin məktubu oxucuların diqqətinə çatdırır:
Hörmətli cənab prezident Cozef Bayden!
İlk öncə Sizi ABŞ prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə işlərinizdə, dünyada, sülhün, əminamanlığın təmin edilməsində, terrora, təcavüzə, soyqırımı cinayətlərinə qarşı mübarizədə, demokratiyanın inkişafı, dövlətlərarası münasibətlərin, o cümlədən dünyada sülhün, əmin-amanlığın qorunmasındauğurlar arzulayıram. Demokratik proseslərin inkişafını daim sürətləndirən, regionda və dünyada müstəqil siyasət aparan geosiyasi, geoiqtisadi cəhətdən ən etibarlı tərəfdaş olan, BMT nizamnaməsinə uyğun olaraq 2011-ci ildə Təhlükəsizlik Şurasına Ermənistan və digər ölkələri məğlub edərək 155 ölkənin dəstəyi ilə qeyri-daimi üzv seçilən və 2011-2012-ci illərdə ABŞ-la çiyin-çiyinə BMT tribunasından beynəlxalq sülhə, əminamanlığa,xalqlararası dostluğa və qardaşlığa xidmət etmiş BMT TŞ-nın 30 ilə yaxın bir vaxtda icra edə bilmədiyi və icrasını işğalçı Ermənistan adlanan for-fost ölkədən tələb edə bilmədiyi dörd qətnaməni 44 günlük müharibədə BMT nizamnaməsinin 51-ci maddəsinin beynəlxalq hüquq tələblərinə uyğun olaraq təkbaşına icra edən, iqtidar-xalq-ordu birliyinin, ictimai-siyasi sabitliyin tam şəkildə bərqərar olduğu hüquqi dünyəvi, demokratik Azərbaycan Respublikası ilə dostluq,qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi işinizdə uğurlar arzu edirəm.
Cənab prezident Cozef Bayden!
Müraciətimin əvvəlində Sizə bir daha məlumat verərək bildirirəm ki,Azərbaycanın əzəli və qədim əraziləri olan və beynəlxalq birlik tərəfindən, BMT tərəfindən Azərbaycan Respublikasının ərazisi olaraq tanınan və qəbul edilən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalçı,terrorçu, beynəlxalq cinayət hadisəsi Xocalı soyqırımı törətmiş Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş həmin ərazilərdən qeyd-şərtsiz çıxarılmasını və qaçqın və məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılmasını tələb edən BMT TŞ-nın 1993-cü il aprel ayının 30 da qəbul etdiyi 822.,1993-cü ilin iyulun 29 da qəbul etdiyi 853.,1993-cü il oktyabr ayının 14-də qəbul etdiyi 874 və 1993-cü ili noyabrın 13 də qəbul etdiyi 884 saylı qətnamələrinin Ermənistan tərəfindən icra edilməsi, yerinə yetirilməsi tələbi ilə Təhlükəsizlik Şurasının heç bir daimi üzvü o cümlədən ABŞ dövləti son 27 ildə təşəbbüs göstərməmişdir.Ermənistana beynəlxalq qadağalar,embarqo tətbiq etməmişlər. Ermənilər tərəfindən barbarcasına,vəhşicəsinə törədilmiş Xocalı soyqırımı BMT-nin 1948-ci il 9 dekabr tarixli qətnaməsinə əsasən beynəlxalq cinayət hadisəsi olaraq BMT tərəfindən elan edilməmişdir. ATƏT-in MİNSK qrupunun həmsədr ölkələri olaraq həmin ölkələr təcavüzkara təziq,təsir göstərməmişlər əksinə təcavüzkara dolayısı ilə dəstək vermişdir.Son 30 ilə yaxın bir vaxtda Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək əvəzinə onu daha da bəzi beynəlxalq dairələr erməni lobbiləri daha da qızışdırmağa üstünlük vermişlər.
Belə bir şəraitdə ATƏT-in MİNSK qrupunun yarıtmaz fəaliyyətinin,BMT TŞ-nın 30 ilə yaxın bir vaxtda işğalla bağlı qəbul etdiyi qeyd etdiyimiz həmin 4 qətnamənin qeyd-şərtsiz icra edilməsini işğalçı Ermənistandan tələb etməməsinin, ona tələbi yerinə yetirmədiyi halda embarqo tətbiq ediləcəyini bidirməmələrinin və tətbiq edilməməsinin nəticəsi idi ki, Ermənistan rəhbərləri daha da azğınlaşaraq Azərbaycanın digər ərazilərini də işğal etmək məqsədilə 2020-ci ilin iyun-iyul-avqust-sentyabr aylarında sərhədboyu ərazilərimizdən, o cümlədən Tovuz istiqamətindən daha da geniş miqyaslı hücuma keçdilər. Dinc əhalini, yaşayış məntəqələrimizi beynəlxalq əhəmiyyətli neft-qaz kəmərlərimizi,infrostrukturlarımızı atəşə tutdular, dinc sakinlərimizi, yaşayış məntəqələrimizi dağıtdılar.
Ermənistanın işğalçılıq siyasətinin geniş miqyas aldığı bir şəraitdə Azərbaycan dövlətinin yalnız bir çıxış yolu qalırdı,o da əks hücuma keçmək,müharibə yolu ilə bu işğala son qoymaq, öz ərazi bütövlüyünü təmin etmək. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Ermənistan və onun faşist rejimi bu yoldan çəkinməyib.
İşğala, təcavüzə məruz qalan Azərbaycan Respublikası beynəlxalq hüququn bütün norma və prinsiplərinə, BMT nizamnaməsinə,nizamnamənin 51-ci maddəsinin, Helsinski yekun aktının, Azərbaycan Respublikası konstitusiyasının tələblərinə uyğun olaraq 27 sentyabr 2020-ci il tarixdə əks-hücum əməliyyatına başlayaraq 44 günlük müharibədə ordu-xalq iqtidar birliyi vəhdətinin milli birliyimizin, hərbi qüdrətimizin,iqtisadi-sosial tərəqqimizin beynəlxalq aləmdə nüfuzumuzun beynəlxalq aləmdə müstəqil siayasət həyata keçirməyimizin haqqı, ədaləti, beynəlıxalq hüquqi müdafiə etməyimizin, Ali Baş Komandanımız, Prezidentimiz, Böyük Sərkərdəmiz, dünyəvi siyasi xadim, dünyanın hərb tarixinə, taktikasına, strategiyasına yeniliklər gətirmiş xalqımızın əsl Milli Qəhramanı, Vətən muharibəsi Qəhrəmanı adına layiq olan, dünyanın hesablaşdığı Cənab İlham Əliyevin qətiyyətinin, siyasətinin nəticəsi olaraq son 30 ilə yaxın bir vaxtda BMT TŞ-nın,ATƏT-in Minsk qrupunun icra edə bilmədiyi və icrasını işğalçı ölkədən tələb etmədiyi 822, 853, 874, 884 saylı qətnamələrini özü müharibə yolu ilə, siyasi yol ilə icra etdi və beləliklə də ermənilərin tarixi himayədarlarının Çar Rusiyasının, Rus Sovet İmperiyasının, SSRİ-nin və digər dövlətlərin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarına qarşı son 200 ildə həyata keçirdikləri terror işğalçılıq soyqırımı, deportasiya siyasətlərinə son qoyuldu.
Hörmətli Cozef Bayden!
Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən sizin vitse-prezidentlik dövrünüzdə ABŞ prezidenti olmuş Barak Obama 23 dekabr 2008-ci ildə 2011, 2012-ci illərdə 2016-cı ildə isə prezident Donald Trampa müraciətlər ünvanlamışam. Həmin müraciətlərimdə bir daha ermənilərin Azərbaycana və onun xalqına qarşı 200 ildən çox bir vaxtda həyata keçirdikləri terror hadisələri, soyqırımı, işğalçılıq, deportasiya siyasətləri barədə və belə olan halda bu ölkəyə sizin dövlət başda olmaqla beynəlxalq erməni lobbilərinin təsiri altına düşmüş ölkələrin maliyyə dəstəyi göstərməsi barədə fikirlərimi, Ermənistana beynəlxq qadağaların tətbiqi, terrora, işğala, soyqırıma məruz qalan Azərbaycana qarşı 1992-ci ildən tətbiq edilən bədnam "907-ci düzəliş"in ləğvi xahişi yer almışdı.
Cənab prezident! Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində yəni BMT TŞ-nın 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə soyqırımı beynəlxalq cinayət hadisəsi elan edildiyindən beynəlxalq cinayət hadisəsi olan Xocalı soyqırımının növbəti il dönümü ərəfəsində 26 fevral ərəfəsində bu cür dəhşətli beynəlxalq cinayət hadidəsindən 9 ay sonra erməni lobbilərinin,ermənilərin himayədarlarının dəstəytəyi ilə terrora, təcavüzə, soyqırıma məruz qalmış Azərbaycana qarşı ABŞ Konqresi tərəfindən qəbul edilmiş, Azərbaycan ilə ABŞ münasibətlərinə xələl gətirən, Azərbaycana ABŞ dövləti səviyyəsində hər cür yardımı qadağan edən, Ermənistanın isə maraqlarına xidmət edən 1992-ci ilin dekabrında qəbul edilən bədnam "907-ci düzəliş"in ləğvi xahişi ilə Azərbaycan vətəndaşı media nümayəndəsi olaraq Sizə müraciət etməyi özümə borc hesab edirəm.
Bu qərarı Azərbaycan üzərindən götürərək Azərbaycana və onun xalqına qarşı 200 ildən çox bir vaxtda tarixi havadarların dəstəyi ilə işğalçılıq siyasəti həyata keçirmiş təcavüzkar, soyqırımı, cinayəti törətmiş, Azərbaycan ərazilərinin 20 faizindən çox bir hissəsini 30 ildən çox bir vaxtda işğal altında saxlamış beynəlxalq hüququn bütün norma və prinsiplərini oizan, azğınlaşmış, faşist rejiminə əsaslanan Ermənistan dövlətinə qarşı yönəldəcəksiniz. Ermənistana dövlət siyasətində hər cür yardımları dayandıracaqsınız, bu ölkəyə embarqo tətbiq edəcəksiniz.
Hörmətli cənab prezident Cozef Bayden!
Dünyanın fövqəl dövlətinin dünyada gedən qlobal və regional proseslərə təsir göstərmək gücünə malik olan, beynəlxalq aləmdə terrora və terrorizmə qarşı mübarizənin önündə gedən ölkənin prezidenti ilə görüşməyin və şəxsən öz fikirlərimi, xahişlərimi Sizə çatdırmağım mümkün olmadığından kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək Sizə müraciət etmək qərarına gəldim.
Cənab prezident!
Dünyada və sizin ölkənizdə güclü və geniş söz sahibi olan, terrorizmi maliyyələşdirən erməni lobbisinin, onların təsiri altına düşmüş ermənipərəst qüvvələrin təsiri və diktəsi ilə hələ 19-cu əsrin ilk illərindən də rus çarizminin "daydaylığı ilə" bu günə kimi Azərbaycana və onun xalqına qarşı işğalçılıq siyasəti həyata keçirilir. Bu azmış kimi bir növ erməni təcavüzünə, terrorizminə dəstək vermək kimi başa düşülən və ermənilərin vəhşiləşməsinə təkan verən işğala, soyqırıma məruz qalan ölkəyə qarşı ABŞ hökuməti 1992-ci ilin dekabrında Konqres tərəfindən Azərbaycana dövlət səviyyəsində hər cür yardımı qadağan edən "907-ci düzəliş" deyilən qərar qəbul edilib. Əslində bu qərar Ermənistana qarşı tətbiq edilməli idi. Ona görə də bu qərarın beynəlxalq hüququn bütün norma və prinsipləri ilə ziddiyyət təşkil etdiyindən yeni işğala,soyqrıma, təcavüzə məruz qalan bir milyondan artıq qaçqını, köçkünü olan ölkəyə qarşı erməni lobbilərinin təsiri ilə qəbul edildiyindən bu qərarın ləğv olunması üçün prezident səlahiyyətimizdən idtifadə edərək ləğv olunmasını üçün səy göstərmənisi Sizdən rica edirəm.
Məlumat üçün sizə bildirirəm ki, Azərbaycan və ABŞ arasında münasibətlər və ABŞ-ın Azərbaycana ilk marağı hələ 19-cu əsrin 70-80-ci illərinə təsadüf edir. Azərbaycanın zəngin neft yataqlarına malik olması Azərbaycanın ABŞ üçün əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii sərvətlərə malik olası xalqlarımız arasında dostluq münasibətlərinin formalaşmamasına zəmin yaradıb. Məhz buna görə də çar Rusiyasının dağılmasından sonra 1918-1920-ci illərdə mövcud olmuş müstəqil ADR ilə diplomatik əlaqələrin yaradılmasına cəhd 1919-cu ilin mayın 28-də Parisdə olmuşdur. ADR-in dövlər nümayəndələri, başda Ə.M.Topçubaşov olmaqla prezident V.Vinsonla görüçüb və rəsmi diplomatik münasibətlər barədə mimerandum təqdim ediblər.
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik haqqında Konstitusiya aktı qəbul etdikdən sonra dövlətimizin müstəqilliyini ABŞ dpvləti həmin ilin dekabrın 25-də rəsmən tanıdığını bəyan edib. 1992-ci il martın 18-də iki dövlət arasında rəsmi diplomatik münasibətlər yaradıb. Müstəqilliyimizin ilk illərində dövlətimizin və xalqımızın məruz qaldığı Dağlıq Qarabağ və erməni təcavüzü ABŞ-ın rəsmi dairələrinin diqqətdən kənarda qalmayıb.
Bəs belə olan halda necə oldu ki, ABŞ Konqresi tərəfindən Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq işğala, təcavüzə, beynəlxalq cinayət hadisəsi olan və BMT TŞ-nın 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə beynəlxalq cinayət hadisəsi elan edilən Xocalı soyqırımına məruz qalan Azərbaycana qarşı sərt "907-düzəliş" deyilən hər cür yardımı qadağan edən qadağa qəbul edildi? Bir növ ABŞ Azərbaycana embardo tətbiq etdi.Bu qərar necə və hansı şəraitdə qəbul edildi, Sizə, cənab Cozef Bayden bildirmək istəyirəm. Müraciətimin əvvəlində qeyd etdiyim kimi, ermənilərin hələ 1804-cü illərdən bu günədək, yəni 1804-1828-ci illərdə, 1828-1918-ci iilərdə, 1918-1920-vi illərdə və 1921-1991-ci illərdə və 1988-1994-cü illərdə və indinin özündə də çar Rusiyasının, Sovet İmperiyasının, Rusiya Federasiyasının köməyi ilə və hərbi dəstəyi ilə Azərbaycan torpaqlarını zaman-zaman işğal ediblər. 1828-1932, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953, 1988-ci illərdə azərbaycanlılar öz dədə-baba torpaqlarından məcburən soyqırıma, təcavüzə məruz qalaraq, çıxarılaraq həmin Azərbaycan torpaqlarına ermənilər yerləşdirilib. Xüsusən Qarabağa İrəvandan və Suriyadan ermənilər köçürülərək orada yerləşdirilib. Sovet İmperiyası Qafqazda öz çirkin niyyətlərini ermənilərin əli ilə həyata keçirmək məqsədilə Azərbaycan torpaqlarında Ermənistan adlanan forpost bir dövlət formalaşdırıb. Eyni zamanda ABŞ-ın Qafqaz maraqlarına qarşı İmperiyanın həyata keçirdiyi siyasətin tərkib hissəsi idi. Azərbaycanın qədim İravan şəhərini Yeravan adlandırararq onu paytaxta çeviriblər. Belə ki,1988-ci ildən başlayan deportasiya, təcavüz,soyqırım nəticəsində torpaqlarımızın 20%-dən çoxu işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqına, köçkünə çevrilib. Beş minədək vətəndaşımız əsir və itkin düşüb. 25 mindən çox insan şəhid, 80 minədək insan şikəst olub, 6 minə yaxın sənayə və kənd təsərrüfatı müəssisəsi, 800-dən çox yaşayış məntəqəsi işğal edilib. Ölkə iqtisadiyyatına 22 milyard ABŞ dolları məbləğində ziyan vurulub. Tarixdə misli görünməmiş soyqırımı beynəlxalq cinayət hadisəsi Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilib. Xocalı şəhəri tamamilə darmadağın edilib, yandırılıb. 613 nəfər şəhid olub, 1000 nəfər şikəst olub, 1275 nəfər əsir götürülüb.
Cənab prezident! Siz də indiki dövlət başçısı olaraq həmin illərə və hadisələrə diqqət yetirin. Xocalı soyqırımından sonra Sizin ölkənin Konqresi soyqırıma, terrora, təcavüzə, işğala məruz qalmış, 1 milyondan çox qaçqını olan erməni vəhşiliyinin qurbanına çevrilən Azərbaycana,onun xalqına köməyi, dəstəyi nəzərdə tutan qərar qəbul etməli idi? Yoxsa əksinə?! Ermənistan adlanan "for-post" ölkəyə qarşı beynəlxalq qadağalar tətbiq edilməli, hər cür yardım dayandırılmalı idi. Ancaq hadisələr əksinə cərəyan etdi. ABŞ Konqresi beynəlxalq hüququn bütün norma və prinsiplərini bir növ erməni terrroruna,işğalına,soyqırımı siyasıtinə dəstək aksiyası keçirdi.Azərbaycan dövləti və xalqı ilə həmrəylik nümayiş etdirmək, Ermənistana embarqo tətbiq etmək əvəzinə, çox təəssüf ki, bu günə qədər hələ qüvvədə qalan, ləğv edilməmiş qalmış "907-ci düzəliş" erməniləri daha da şirnikdirən qərar qəbul edib. İşğalçı ölkəyə isə yardımlar ayrıldı. 1992-ci ildən etibarən Ermənistana 600 milyon dollardan çox yardım edilir.
Cənab Cozef Bayden!
Siz bütün qeyd etdiklərimizi bir daha nəəzrdən keçirərək Azərbaycana qarşı siyasətinixdə beynəlxalq hüquq normalarına, BMT nizamnaməsinə, ABŞ Konstitutiyasına istinad edərək ölkəmizdə gedən demokratik proseslərə hüquqi, dünyəvi dövlət quruculuğuna, ictimai-siyasi sabitliyin möhkəmlənməsi, Azərbaycanın beynəlxalq aləmdə xüsusən də ABŞ dövlətinə qarşı qardaşlıq, dostluq, qarşılıqlı anlaşma əsasında inkişaf edən siyasətinizə bir daha üstünlük verərək dövlətlərarası münasibətlərdə əngəl olan "907-ci düzəliş"i ləğv edəcəksiniz. Və bu təklifə Konqres qarşısında prezident olaraq təkliflərinizi verəcəksiniz. Bu qərarı Azərbaycanın üzərindən götürərək işğalçı, terrorçu, təcavüzkar, soyqırımı həyata keçirən Ermənistana qarşı yönəldəcəksiniz, Ermənistana beynəlxalq qadağa, embarqo tətbiq edəcəksiniz. Xocalı soyqırımını BMT TŞ-nın 9 dekabr 1948-ci il qətnaməsinə uyğun olaraq hüquqi qiymət verərək beynəlxalq cinayət hadisəsi olaraq elan edəcəksiniz. Ermənistanın məhkəmə qarşısında cavab verməsini tələb edəcəksiniz.
Cənab prezident! Əminəm ki, mənim münasibətimə müsbət münasibət bildirəcəksiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB