Astarada Zəfər Parkı inşa edilir

Astarada Zəfər Parkı inşa edilir

Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər Parkı inşa edilir. SİA-nın verdiyi məlumata görə, Astara şəhərinin Heydər Əliyev Prospektində “Elnur-2 UİKŞ” tikinti şirkətinin inşaatçıları tərəfindən inşa edilən parkın ərazisi 1400 kvadratmetrdir.

Artıq Parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb, inşaatçılar suvaq işlərini davam etdirirlər.

Suvaq işləri tamalandıqdan sonra isə üzlük və tamet daşlarının düzülməsinə başlanılacaq.

Abidənin mərkəzində Vətən müharibəsinin qalibi-Azərbaycan əsgərinin abidəsi ucaldılacaq.

Parkın ərazisində həmişəyaşıl bəzək kolları və güllər əkiləcək.

Zəfər Parkında tikinti işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə