Ötən ilin dekabr ayından başlayaraq Astara şəhərindəki Şəhidlər Xiyabanında əsaslı təmir işlərinə başlanılıb. SİA-nın verdiyi məlumata görə, tamamilə yenidən qurulan xiyabanda Birinci Qarabağ, Aprel döyüşlərində və Vətən müharibəsində şəhid olan 124 astaralı şəhidin xatirəsi əbədiləşdiriləcək. Onlardan 41 nəfəri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.
Yenidənqurma işləri çərçivəsində xiyabanda “Ana” heykəli, “Əbədi məşəl” abidə-kompleksi inşa olunub, 500 kvadratmetr ərazidə döşəmənin tamet daşları dəyişdirilib, pilləkanlar, divarlar mərmər tavalarla üzlənib, yan divarlar qranit daşlarla üzlənib.
Xiyabanın giriş qapısında və divarlarlarda dəmir barmaqlıqlar quraşdırılıb, divarın çöl hissəsi qranitlə üzlənib.
Abidənin ətrafındakı xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci Qarabağ və Vətən Müharibəsində, o cümlədən Aprel döyüşlərində canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin adları həkk olunacaq.
Xiyabanın sağ tərəfində zirvələri fəht etmiş, qalib Azərbaycanımızın bayraqları dalğalanacaq. Ərazidə həmişəyaşıl dekorativ kollar və güllər əkiləcək.
Şəhidlər Xiyabanında yenidənqurma işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB