Minnesota ştatında 26 fevral Azərbaycan günü elan olunub

Minnesota ştatında 26 fevral Azərbaycan günü elan olunub

Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. SİA-nın xəbərinə görə, belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.

Bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.
Bəyanat Minnesotada yaşayan azərbaycanlıların ölkəmizlə bağlı həqiqətlərin təbliğində uğuru kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə