Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır - RƏSMİ
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır.
SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılması təklif edilir.
Müzakirələrdən sonra dəyilşiklik səsverməyə qoyularaq qəbul edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB