Masallıda "İşaxtarma Sənəti" mövzusunda gənclərin iştirakı ilə onlayn təlim

Masallıda "İşaxtarma Sənəti" mövzusunda gənclərin iştirakı ilə onlayn təlim

10 Fevral 2021 ci il tarixində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "İşaxtarma Sənəti" mövzusunda gənclərin iştirakı ilə onlayn təlim keçirilmişdir.

Tədbirdə gənc təlimçi İslam Ərzullazadə çıxış edərək gənclərə aktiv iş axtarma fəaliyyəti üçün zəruri bilik və bacarıqlar, iş axtarma texnologiyaları, işəgötürənlərlə ilkin əlaqələrin yaradılması, öz potensialını işəgötürənə təqdim etmək üçün sınanmış üsullar haqqında məlumat verdi.

Təlim zamanı işəgötürənlə ilkin ünsiyyətin qurulması, özünütəqdim etmə, CV yazılışlarının ən optimal variantları, müsahibəyə hazırlıq və s.üzrə zəruri bacarıqlar haqqında məlumat verildi.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə