Müdafiə nazirləri “Qış təlimi-2021” birgə təlimlərini izləyiblər
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın və Türkiyə Silahlı Qüvvələrinin komandanlıq heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.
Əvvəlcə iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib.
Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, sığınacaqlara baxış keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB