Koronavirusun tamamilə aradan qaldırılması vaksinasiyanı zəruri edib - ŞƏRH
Koronavirus (COVID-19) epidemiyası bu gün dünyada geniş yayılıb və virusun aradan qaldırılması istiqamətində geniş səpgili tədbirlər həyata keçirilir. Yoluxma hallarının aşkarlanması, xəstəliyin yayılmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi və s. məqsədilə təcili işlər görülməkdədir. Hər zaman olduğu kimi bu gün də dövlətimizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bütün dünyanı bürümüş karonavirusdan ən az əziyyət çəkən, bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələrar asında ön sıralardadır. Avropanın ən qabaqcıl ölkələrini belə virusla mübarizədə arxada qoyur və Azərbaycan modeli hər zaman olduğu kimi çətin bir zamanda da öyrənilir.
Dünyanın ən güclü ölkələri belə karonavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, dövlət başçısının tapşırığı və sərəncamları ilə təxirəsalınmaz tədbir həyata keçirildi və bu davamlıdır. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Bildiyimiz kimi, bu gün karonavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunub və bu davam etməkdədir.
ŞƏKƏRLİ DİABET, XRONİKİ ÜRƏK-DAMAR, TƏNƏFFÜS SİSTEMİ XƏSTƏLİKLƏRİ OLANLAR İLK VAKSİNASİYA OLUNANLAR SIRASINDA YER ALMALIDIR
Artıq bir ildir ki, bu qorxulu kabusla birlikdə yaşayırıq və qeyd etdiyimiz kimi, müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq, sözügedən infeksiyaya qarşı mübarizənin qarşısını almaq üçün ən yaxşı yol vaksinasiyadır. Yanvarın 18-dən bu proses ölkəmizdə tibb işçilərinin vaksinasiyası ilə başlanılıb. İndiyədək tibb işçilərinin 70 faizinə peyvənd vurulub. Fevralın 8-dən etibarənisə yaşı 65-də yuxarı olan vətəndaşların vaksinasiyasınabaşlanılıb.
Bu gün etiraf edək ki, peyvənd edilməkdən qorxanlar da istisna deyil, amma peyvəndin üstünlüklərini dərk edən hər bir kəs yaşlı ailə üzvlərinin, eləcə də özlərini peyvənd olunması üçün lazımı yerlərə müraciət edirlər. Hes şübhəsiz ki, mövcud vəziyyəti nəzərə alaraq, şəkərli diabet, xroniki ürək-damar, tənəffüs sistemi xəstəlikləri olanlar ilk vaksinasiya olunan sırasında yer almalıdırlar. Bu ağırlaşma, ölümcül xəstəliklərdən qorunmaq üçün ən əhəmiyyətli bir addımdır ki, hər kəs bunu dərk etməlidir. Mütəxəssisdlərin fikrincə vaksinasiyanın qoruyuculuğu 60-90 faiz arasında dəyişir. Vaksinasiyadan sonra orqanizmdə yaranan anticisimlərin miqdarı fərdi xarakter daşıyır və yaranan müdafiə sisteminin nə qədər hansı müddət davam edəcəyi və nə dərəcədə qoruyacağı barədə araşdırma yoxdur. Əgər əhalinin 70-80 faizinə həmin peyvəndlər vurulsa, infeksiyanın yoluxma zəncirini qırmaq mümkün olacaq.
COVID-19-UN DÜNYADA YAYILMASININ QARŞINI ALMAQ ÜÇÜN EFFEKTİV VƏ TƏHLÜKƏSİZ VAKSİNLƏR TƏTBİQ OLUNUR
İndi ölkəmizdə tətbiq edilən Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" peyvəndi orqanizmə qarşılaşa biləcəyimiz virusun modeli inyeksiya edilir. Həmin modeli immun sistemi tanıdığına və ona qarşı müdafiə silahı olduğuna görə, orqanizm virusla qarşılaşan zaman ona hazır olur. Azərbaycan bildiyimiz kimi, artıq Çin istehsalı olan 4 milyon doz vaksin sifariş edib və bu da təmin edilib. Bu vaksinasiya işində dövlətin öz vətəndaşına olan münasibətinin daha bir təzahürüdür.
Nüfuzlu tibbi jurnal olan "The Lancet" Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksinindən, onun uğurlu sınaqlarının müsbət nəticələrindən yazır. Məqalədə qeyd olunur ki, gənclərlə müqayisədə 60 yaşlı və ondan yuxarı insanlar, xüsusilə də kəskin xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər COVID-19 xəstəliyini daha ağır keçirirlər və yaş artdıqca ölüm riski də artır. Bu səbəbdən COVID-19-un dünyada yayılmasının qarşını almaq üçün effektiv və təhlükəsiz vaksinlərin tətbiqi zəruridir.
"CoronoVac" vaksininin COVID-19 əleyhinə inaktivasiya edilmiş peyvənd olduğu bildirilən məqalədə deyilir ki, COVID-19-a yoluxma riski yüksək olan 60 yaş və daha yuxarı şəxslərin bu vaksinə daha çox ehtiyacı var. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir.
Məqalədə bildirilir ki, adıçəkilən vaksin yaşlı şəxslərin dözümlülüyünə müsbət təsir edir və heç bir təhlükəsi yoxdur.
Qeyd etdiyimiz kimi, Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksini mərhələli şəkildə ölkəyə gətirilir və vaksinlərin ilkin mərhələdə 60 yaşdan yuxarı insanlara, tibb işçiləri, polis əməkdaşları və digər risk qruplarından olan şəxslərə vurulmasına başlanılıb.
Əlbəttə ki, pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır və qaçılmazdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB