Covid-19 şərtləri altında reallaşacaq ilk 14 Fevral Sevgililər Günü. Sevgilisi olmayanın ayrı, olanın isə ayrı cür qayğılandığı bu xüsusi gündə hər iki qrup yeni problemlərlə qarşılaşıb. Subaylar uzun müddət ünsiyyət qura biləcəkləri məkanlara gedə və Sevgililər Günü münasibətilə tanışlıq görüşlərində iştirak edə bilməyəcəklər. Digər tərəfdən, cütlüklər bu xüsusi günü olduqca adi keçirməli ola bilərlər, çünki restoranlar, əyləncə məkanları bağlıdır.
SİA-nın araşdırmalarına görə, bu, son bir ildə pandemiya şəraiti virtual tanışlıq və münasibətləri hər zamankindən daha populyar edib. Məsələn, Macarıstanın ən böyük tanışlıq platforması olan “Dateline” istifadəçilərinin sayında 30 faiz artım var. Noyabr ayından bəri bütün restoranların və gecə klublarının bağlı olduğu ölkədə, Dateline ilk görüşün video üzərindən keçirilməsini təmin edəcək infrastruktur qurdu, beləliklə tərəflərin bir-birlərinə şəxsi nömrələrini vermədən görüşməyə və bir-birlərini tanımağa imkan verdi.
Tanışlıq təşkilatları tərəfindən həyat yoldaşı axtaranlar üçün kəşf edilən bir başqa həll yolu da təbiət gəzintiləri təşkil etmək idi. Əvvəllər praktik olaraq uyğunlaşan cütlüklər, kollektiv qrupda maska taxmaq məcburiyyətində qalmadan həm romantik bir gəzinti, həm də söhbət üçün açıq havada bələdçi ilə bir araya gəlirlər. Təşkilatçılar vurğulayır ki, "Meşədə gəzərkən insanlar istər-istəməz bir-birləriylə danışmağa başlayırlar, çünki ortaq bir əsas cəhət var: təbiət sevgisi".
Xüsusi günlərdə təcrid depressiya hissini artırır
Euronews Macarıstan komandasının araşdırmalarına görə, ölkədə ən azı iki milyon qız dostu olmayan insan var və onların əksəriyyəti paytaxt Budapeştdədir. Anketlərə görə, bu tip bir insanın depressiya ilə mübarizəsi üç qat daha çətindir. Xüsusi günlərdə bu depressiya hissi pik həddə olur.
Dating Central Europe tanışlıq saytının baş icraçı direktoru Peter Weiler, "İkinci dalğa əsnasında abunəçilərimizin sayı davamlı olaraq artdı və heç kimin başqa bir yerə gedə bilməməsinə baxmayaraq, bir çox insan bizim vasitəmizlə sevgi tapdı. Lakin işin çətin tərəfi bundan sonar başladı. Bu da tanışdığınız şəxslə fiziki həqiqi görüş təyin etmək və görüşmək” deyə bildirib.
Artıq birinin bizə gülümsədiyini görə bilmirik
Vizajist Tünde Lukács isə hər kəsin indi küçədə tibbi maskalardan istifadə etdiyini və bunun sosial həyat üçün ciddi bir təhlükə yaratdığını bildirdi: "Hər kəs şarfın üstündən maska üzərindən papaq və eynək taxır. Kimin necə olduğunu necə biləcək? O adamı bəyənib sevəcəyini necə biləcək? Kiminsə mənə gülümsəyərək baxıb baxmadığını necə bilim? O ilk enerjini tapmaq çox çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB