Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov rayonun Qoyunbinəsi kəndində yaşayan I Qarabağ müharibəsi şəhidi Samir Bəşirovun ailəsini ziyarət edib. SİA xəbər verir ki, İlham Məmmədov qəhrəmanlıq səlnaməsi yazaraq, vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir arzulayıb. Şəhid anası Zeynəb Bəşirovanın qayğıları ilə maraqlanan millət vəkili onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədi ilə müvafiq tədbirlər görəcəyini bildirib.
Daha sonra İlham Məmmədov xüsusi karantin qaydalarına riayət etməklə YAP Yevlax Rayon Təşkilatının inzibati binasında seçiciləri ilə görüş keçirib. Görüş zamanı İlham Məmmədov seçicilərin qarşılaşdığı problemləri, onları narahat edən məsələləri diqqətlə dinləyərək qeydlər götürüb, həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görəcəyini və aidiyyatı qurumlara müraciət edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB