YAP Xocavənd rayon təşkilatının könüllüləri şəhid ailəsini ziyarət ediblər

YAP Xocavənd rayon təşkilatının könüllüləri şəhid ailəsini ziyarət ediblər

27 sentyabr 2020-ci il tarixdə başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan qələbə qazandı. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.

Bu gün YAP Xocavənd rayon Təşkilatının könüllü gəncləri şəhid kiçik gizir Abdullayev Tural Bəylər oğlunun ailəsi ilə görüş keçirildi. Görüşdən öncə şəhidin məzarı ziyarət edildi, üstünə tər güllər düzüldü, ruhuna dualar oxundu.

Ziyarət zamanı şəhidin əziz xatirəsi yad olundu, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparıldı, ailənin qayğıları dinlənildi.

Xocavənd rayonunun Tuğ kənd sakini 1993-cü il təvəllüdlü müddətdən artıq xidmət edən hərbi qulluqçu Abdullayev Tural Bəylər oğlu 28 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Sonda, şəhidin ailəsinə YAP Xocavənd rayon təşkilatı tərəfindən ərzaq yardımı edildi.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə