Hər bir insanın ümid, pənah ünvanı - ŞƏRH

Hər bir insanın ümid, pənah ünvanı - ŞƏRH

İnsanlara qayğı, ehtiram, həssas münasibət Heydər Əliyev Fondu ilə cəmiyyət arasında körpü salıb

Əhalinin sosial həyatının dəyişdirilməsi, onun rifahının təmin edilməsi, aztəminatlı təbəqələrə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması ölkəmizdə dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərlə yanaşı, onların zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. Dövlətin maraqları nəzərə alınaraq görülən bu işlərdə əsas məqsəd insanların gələcəyini təmin etməkdir. Bütün bunlarla yanaşı, əhalinin sağlamlığının təmini də görülən işlərin davamı olaraq həyata keçirilir. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, eləcə də, Heydər Əliyev ideyalarını yaşadan və Onun adını daşıyan Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında həyatında həyata keçirilən davamlı tədbirlər bəhrəsin verir. Mövcud potensial, baza əsasında iş prinsiplərinə uyğun bir şəkildə fəaliyyət dairəsini genişləndirən Heydər Əliyev Fondu xüsusilə humanitar missiyada fəaliyyət proqramının həyata keçirməklə bütün yaş həddində olan vətəndaşdların qayğı və problemlərin təminatçısına çevrilib. Məlum olduğu kimi, fəaliyyətdə olduğu zaman məsafəsində ölkə ərazisində uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilib. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva Azərbaycanda əhalilinin sağlamlığının qoruyucusuna çevrilib. Hər bir insanın ümid, pənahına çevrilib. Bu da əsassız deyil. İnsanlara qayğı, ehtiram, həssas münasibət Heydər Əliyev Fondu ilə cəmiyyət arasında bir körpü salıb. Minlərlə insanın qəlbində bir ümid çırağı yandırılıb. Ümidlər boşa çıxmır. Mehriban xanım Əliyevanın mərhəməti, xeyriyyəçiliyi, humanizmi bu münasibətin formalaşmasına səbəb olub.

Fondun əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, vətəndaşlarımızın ölkədə və xaricdə müalicəsinə kömək məqsədi ilə həyata keçirdiyi irimiqyaslı proqram layihələri nəticəsini göstərməkdədir. Bu gün ölkəmizdə Fondun humanitar yardımı çərçivəsində əldə etdiyi böyrək hemodializ aparatları ilə bir sıra tibb müəsisələrini təmin etmişdir. Tibbi avadanlıqlar Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan humanitar yardımdır. "Fresenius Medical Care" şirkəti ilə 2006-cı ildən başlanan əməkdaşlığın uğuru bahalı hemodializ aparatlarının hədiyyə olunmasına gətirib çıxarmışdır. Bununla yanaşı, Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu tibb şirkətləri ilə beynəlxalq əməkdaşlığı çərçivəsində Fonda xeyli tibbi avadanlıq daxil olunmuşdur. Bunun sayəsində daha çox xəstə dövlət tərəfindən hemodializlə təmin olunur. Artıq regionlardakı müalicə ocaqlarında da belə aparatlar quraşdırılmışdır.

"DİABETLİ UŞAQLARA ƏN YÜKSƏK QAYĞI" LAYİHƏSİ DAVAMLIDIR

Heydər Əliyev Fondunun genişmiqyaslı layihələrini davamı olaraq səhiyyə sahəsində humanitar aksiyaları davamlı xarakter alır. Fransanın ən güclü əczaçılıq qrupu olan "Servyer" şirkəti ilə birgə diabetli insanın müalicəsini dərmanla təmin etmişdir. Onlardan biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsidir. Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilmiş, bu xəstəliyə tutulmuş 14 yaşadək 310 uşağın dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırılmışdır. Bu iş davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, digər dərmanlar və qlükometr sarıdan korluq çəkmirlər. Azərbaycanda ilk dəfə uşaqlar insulin üçün şpris qələmlərlə Heydər Əliyev Fondu tərəfindən təmin olunublar. Artıq Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində ölkə üzrəşəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları vəşpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsiləşəkərli diabet xəstələrinə verilir.

Bu gün ölkəmizdə uşaqların ən keyfiyyətli "Tresiba" insulini ilə təmin olunması çox böyük əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində son bir il ərzində 1500-ə yaxın uşağın həyat keyfiyyəti yaxşılaşdı. Uşaqların "Tresiba" insulini ilə təminatı Heydər Əliyev Fondunun uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir.

SƏHİYYƏ SAHƏSİNDƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR FONDUN ƏHALİNİN SAĞLAMLIĞINA VERDİYİ TÖHFƏLƏRDİR

Fondun dəstəyi ilə ölkəmizdə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə verilmişdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən fonda təqdim olunmuş hemodializ və endoskopik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur.

Fondun təşəbbüsü ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərindəəməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. İndiyə qədər 35 mindən çox insan yerli klinikalarda müalicə edilib, 8 minə yaxın xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyəəməliyyatı olunub, onların bir qismi müayinə vəəməliyyat üçün xarici ölkələrə göndərilib.

Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Belə ki, fond tərəfindən 2006-cı ildə Türkan qəsəbəsində poliklinikanın və təcili tibbi yardım stansiyasının inşası, Şüvəlan qəsəbəsində 31 nömrəli BirləşmişŞəhər Xəstəxanasının əsaslı təmiri, Ucar rayonunun Qazıqumlaq kəndində Akademik ZərifəƏliyeva adına Xəstəxananın əsaslı bərpası, Zirə Müalicə Diaqnostika Mərkəzinin yenidən qurulması, Qala qəsəbəsində ilk xəstəxananın - 29 nömrəli BirləşmişŞəhər Xəstəxanasının filialının inşası, Bakıda Psixonevroloji Uşaq Mərkəzinin inşası, "Təbəssüm" uşaq sanatoriyasının əsaslı təmiri və yenidən qurulması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzinin inşası və s. həyata keçirilmişdir

Onu da bildirək ki, səhiyyə yönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır. Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və bu gün həmin xəstəliyə düçar olanların ümid yerinə çevrilən mərkəz Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunub. Burada quraşdırılan avadanlıqlar müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır.

Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir. Səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə