“Koronavirusla mübarizə zəmnində 190 manat birdəfəlik yardımların veriməsində Dövlət Məşğulluq Xidməti icraedici orqandır. Bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir”. Bunu SİA-ya açıqlamasında Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.
Ə. Nəcməddinqızı vurğulayıb ki, ona görə də yanvar ayı üçün 190 manat birdəfəlik yardımın veriləcəyi və ya verilməyəcəyi barədə bizdə bir məlumat yoxdur.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə