Pensiyalar nə qədər artırılır? - DSMF RƏSMİSİ

Pensiyalar nə qədər artırılır? - DSMF RƏSMİSİ

"2020-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 faiz artırılır. Prensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 fazini əhatə edir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir. Artım 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək". Bunu SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

R.Mehdili vurğulayıb ki, pensiyaların indeksasiya edilərək artırılması üçün il ərzində əlavə olaraq 441 milyon manat yönəldiləcək: "Fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun şəkildə indeksləşdirilərək yarnavrın 1-dən 2,8 faiz artırılır. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əmək haqlarından sosial sığorta ayrımları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə