General Şuşanın alınmasında artileriyaçıların rolundan danışıb

General Şuşanın alınmasında artileriyaçıların rolundan danışıb

"Döyüşün ilk günü artilleriya bölməri tərəfindən düşmənin 500-qədər hədəfi məhv edilib. SİA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.

Onun sözlərinə görə, müasir, universal radiolokasiya komplekslərinin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və yerdəyişməyə məcbur edilib: "Yerdəyişməyə məcbur edilən düşmənin artilleriya vasitələri PUA-lar tərəfindən asanlıqla aşkar olunaraq məhv edilib. Azərbaycan Ordusunun müasir, universal radiolokasiya komplekslərinin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və yerdəyişməyə məcbur edilib".

Şuşa şəhərinin işğaldan azad olunmasına münasibət bildirən general qeyd edib ki, qələbəyə aparan yolun çətin olduğu qədər də şərəfli olub: "Düşmənin gözləmədiyi istiqamətdən, mühəndis qoşunları tərəfindən çəkilən dar, təhlükəli və keçilməsinə böyük peşəkarlıq tələb edən dağ-meşə yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular, yerinə yetirdiyi fasiləsiz, dəqiq və sərrast atəş tapşırıqları ilə hücum edən bölmələrimizin atəş dəstəyini təmin etmişdi. Əməliyyat taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozuldu və məğlubiyyətinə səbəb oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə