8 Fevral 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Yevlax şəhərində şəhid ailələri və Vətən müharibəsinin iştirakçısı ilə görüşüb. SİA xəbər verir ki, öncə Vətən müharibəsi şəhidi Elton Məmmədovun, Sadiq Səmədovun ailələri ilə görüşən İlham Məmmədov daha sonra Vətən müharibəsində yaralanmış Ceyhun Salmanovla görüşüb onlara cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrin, qazilərə diqqət və qayğısından, dövlət tərəfindən yaradılmış şəraitdən danışıb.
İlham Məmmədov şəhid ailələrinin və qazilərin qayğılarının, problemlərinin hər zaman dövlətin qarşısında dayana bir nömrəli həll edilməli olduğu məsələlər olduğunu qeyd edib. Səmimi söhbət zamanı şəhid ailələri dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Onlar bütün bu uğurların cənab Prezidentin güclü dövlət, güclü ordu quruculuğu və siyasi iradəsi nəticəsində əldə edildiyini qeyd ediblər. İlham Məmmədov da öz növbəsində hər zaman şəhid ailələrini və qaziləri diqqətdə saxlaycağını, onların qayğılarını öz qayğıları kimi qəbul edəcəyini bildirib, müraciət və təkliflərini dinləyib. Görüşdə səsləndirilən təklif və müraciətlərlə bağlı qeydlər götürülmüş, həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB