Sağlam düşüncəli vətəndaş, peşakar neftçi, YAP-ın sadiq əsgəri

Sağlam düşüncəli vətəndaş, peşakar neftçi, YAP-ın sadiq əsgəri

Ümummilli liderimiz Heydər Əliyev ideyalarının fəal təbliğatçısı, parlaq zəkası, işgüzarlığı, təmiz əxlaqı və sağlam əqidəsi ilə Azərbaycan neftçilərinin,partiyamızın dərin rəğbət və hörmətini qazanmış müharibə və əmək veteranı, 1997-ci ildən YAP-Səbayıl rayon təşkilatının şura üzvü, YAP-Səbayıl rayon Mərkəzi Ərazi ilk təşkilatının sədri Məmmədzadə Məhəmmədəli İsrafil oğlu 10 fevral 1951-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonunun Hovuslu (Hafisli) kəndində anadan olmuşdur. 1968-ci ildə Cəbrayıl rayonundakı akademik Mehdi Mehdizadə adına orta məktəbi əla qiymətlərlə bitirmiş və Azərbaycan Neft Akademiyasına (M.Əzizbəyov adına Neft və Kimya İnstitutu)daxil olmuş və 1973-cü ildə ali təhsilini başa vurmuşdur. 1973-1975-ci illərdə “gənc-mütəxəssis” təyinatı ilə SSRİ Müdafiə Nazirliyinin 09321 saylı hərbi hissəsində zabit olaraq hərbi xidmət keçmişdir. Nümunəvi hərbi xidmətinə və yüksək idarəçilik bacarığına görə onun şəkli “Şərəf lövhəsində” asılmışdır.

1975-ci İldə “Neft Daşları”nda elektrik montyoru kimi əmək fəaliyyətinə başlayan M.Məmmədzadə qısa bir zamanda kollektivin dərin hörmət və etimadını qazanmış və 1981-ciilə kimi müxtəlif vəzifələrdə çalışmışdır. Gənc mühəndisin çətinliklərə sinə gəlməsi, daim öz üzərində işləməsi neft sənayesi rəhbərliyinin gözündən yayınmamış, 1981-ci ildə onu “Xəzərdənizneftqaz" İstehsalat Birliyinin baş energetik şöbəsinə böyük mühəndis vəzifəsinə təyin etmişlər.

“Neft Daşları"nda topladığı zəngin təcrübə onun gələcək uğurlu fəaliyyətinə zəmin yaratdı."Günəşli”dən tutmuş “Pirallahı"yadək, "Bahar"dan "Səngəçal”adək onlarca energetika obyektlərinin tikintisində, yüksək gərginlikli elektrik xətlərinin və sualtı kabellərin çəkilməsində onun xüsusi xidmətləri olmuşdur. "Neft Daşları”ndakı unikal Qaz TrubinliElektrik Stansiyasının (QTES-48) tikintisinin qısa müddətdə və uğurlu başa çatdırılmasında fəal çalışmışdır.

Böyük təşkilatçılıq bacarığı, işgüzarlığı, zəhmətkeşliyi və tələbkarlığı ilə fərqlənən M.Məmmədzadə neft-qaz mədənlərinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi üçün uzun İllər yorulmaq bilmədən çalışmışdır. 25 il neft sənayesinin mərkəzi İdarəetmə aparatında müxtəlif vəzifələrdə çalışmış, “Xəzərdənizneftqaz”-nin və “Azneft" İB-nin baş energetikinin müavini, 2003-2006-cı illərdə ARDNŞ-in baş energetik şöbəsinin rəisi və baş energetiki kimi fəaliyyət göstərmişdir. ARDNŞ-in “İlk baş energetiki" kimi onun adı neft sənayesinin tarixinə düşmüşdür. Elə bu gün də neftçi-energetiklər Məhəmmədəli müəllimi öz ağsaqqalları kimitanıyırlar.

Tələbəlik illərində məsuliyyət özünə və yoldaşlarına tələbkar olmaqla ictimai sahədə də nümunəvi fəallıq nümayiş etməklə “Neft kadrları uğrunda” qəzetində tələbə-müxbir kimi bir sıra məqalələrin müəllifi olmuşdur.
"Neft Daşların”da çalışdığı dövrdə də İctimaiyyətçi kimi gənclər təşkilatında geniş fəaliyyət göstərmişdir.
DNQÇ İB-nın və “Azərineft" NQÇİ üzrə Baş İdarənin Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının məclis üzvü kimi fəaliyyət göstərmişdir.

O, 1991-1992-ci İllərdə İstanbul Universiteti və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xalq Təsərrüfatının İdarəetmə İnstitutunun birgə təşkil etdiyi xüsusi kursu bitirərək “Menecment” sertifikatına layiq görülmüşdür.

1994-1996-cı İllərdə Xarici İşlər Nazirliyinin tövsiyəsi və Nazirlər Kabinetinin ARDNŞ-e məktubu əsasında Ankaradakı Türkiyə və Orta Şərq ölkələri üzrə İctimai İdarəetmə İnstitutunda təhsil almışdır. Paralel olaraq Türkiyə XİN-in TİKA təşkilatında məsləhətçi-tərcüməçi kimi çalışmışdır.

Topoqrafiya İdarəsində rəis müavini, 2009-2014-cü illərdə H.Z.Tağıyev adına NQÇİ-də M.Məmmədzadə 2006-2009-cu İllərdə Kompleks Geoloji Kəşfiyyat və baş mühəndisin ƏM və TT üzrə müavini vəzifəsində çalışmiş və təqaüd yaşı ilə əlaqədar istehsalatdan ayrılmışdır. O, istehsalatda öz tətbiqini tapmış 30-a qədər səmərələşdirici təklifin müəllifidir.

2003-cü ilin Prezident seçkilərində Naxçıvan MR və Gürcüstanda həmyerlilərimizin cəm halda yaşadıqları Marneuli rayonuda daxil olmaqla Respublikasımızın bütün bölgələrini əhatə etməklə 20-dən çox şəhər və rayon mərkəzlərində “Heydər Əliyev və Azərbaycanın Neft Strategiyası” mövzusunda aparılmış təbliğat kampaniyası Məhəmmədəli müəllimin rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilmişdir.

Məhəmmədəli müəllimin keçdiyi zəngin və şərəfli həyat yolu, yorulmaz əmək fəaliyyəti, qarşıya qoyduğu ülvi məqsədlərə nail olma üçün nümayiş etdirdiyi qabiliyyət, bilik, prinsipallıq, qəti iradə, şəxsi mənəvi və yüksək insani keyfiyyəti onun əsl şəxsiyyət el ağsaqqalı səviyyəsinə yüksəldib. Ölkəmizin ən mürəkkəb, keşməkeşli dövlətində o, möhkəm əqidəli insan kimi daima vətənə, xalqa sadiqlik əsl vətəndaş mövqyini sədaqətlə nümayiş etdirmişdir. Özünə, həmkarlarına tələbkar olmaqla yanaşı, insanlara qarşı həssas, qayğıkeş və hədsiz diqqətcildir.

Öz işində daim yenilik tətbiq edən gənclərin himayəçisi və tərbiyəçisi olan, qarşıya qoyduğu məqsədə çatmağa təkidlə can atan, həmkarlarına münasibətdə qayğıkeşliyi və səmimiyyəti ilə seçilən Mehəmmədəli Məmmədzadənin adı həmişə həmkarları arasında zəhmətkeş adam, gözəl mütəxəssis, xeyirxah insan kimi çəkilib. 70 yaşın zirvəsində taleyin ona bəxş etdiyi ömür kitabını vərəqləyəndə bir həqiqəti anlayırsan ki , Məhəmmədəli müəllim yalnız bir amal, bir istəklə yaşayıb; tapşırılan işin, vətənə sədaqətin, vicdan təmizliyinin məsuliyyətini dərk et, bir əlin daim haqqın, Ulu tanrının ətəyində olsun.

Məmmədzadə Məhəmmədəli Ümumilli lider Heydər Əliyevin zəngin irsinin təbliğinə sadiqliklə xidmət edən yüksək, saf əqidəli, millətinə, torpağına vətəninə bağlı olan əsl Azərbaycan vətəndaşıdır. Yeni Azərbaycan Partiyasının veteranı fəal üzvi kimi partiyanın ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində iştirak etməklə yanaşı YAP ARDNS üzrə ərazi ilk partiya təşkilatının yaradıcılarından biri kimi 2007-ci ilə qədər bu təşkilatın sədr müavini və sədri olmuşdur. Məhz onun səyləri nəticəsində təşkilatın üzvlərinin sayı qeyd olunan dövrdə 4 nəfərdən 2500 nəfərədək artmışdır. Hazırda Məhəmmədəli müəllim YAP Səbail rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Mərkəzi Səbail” ərazi ilk partiya təşkilatına uğurla rəhbərlik edir.

Məhəmmədəli müəllim həm də gözəl ailə başçısı, həyat yoldaşı, nümunəvi ata və babadır. Həyat yoldaşı Fəzilə xanım uzun İllər "Dənizdə" NQÇ İB-də və “Azneft" İB-də onunla çiyin-çiyinə çalışmış, hazırda təqaüdçüdür.
M.Məmmədzadə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. Neft sənayəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə, ARDNŞ-ın fəxri fərmanına, respublikamızın müstəqilliyi uğrunda apardığı mübarizəyə görə Kütləvi İnformasiya Vasitələri HİK-in "Azərbaycan Bayrağı" və “Vətən” mükafatlarına, Prezident, parlament, bələdiyyə seçkilərində aktiv səmərəli fəaliyyətinə və YAP-ın İƏPT-nın formalaşmasında inkişafında xüsusi xidmətlərinə görə MSK-nın və YAP Səbail rayon təşkilatının fəxri fərmanlarına, çoxsaylı təşəkkür məktublarına layiq görülmüşdür.

M.Məmmədzadəni fərqləndirən cəhət - hadisələri obyektiv qiymətləndirmək bacarığı özünün prinsipial mövqeyinin olması və hər işə məsuliyyətlə yanaşmasıdır. O, çalışdığı sahədə kifayət qədər savadlı və təcrübəli olmaqla yanaşı, öz həmkarlarına qarşı münasibətdə də diqqətli və təvazökardır.

Bu şanlı yubiley günü münasibətilə Məhəmmədəli müəllimi səmimi qəlbdən təbrik edir, həyatda ona sağlam uzun ömür,dəyərli faydalı fəaliyyətində yüksək nailiyyətlər arzulayırıq.

YAP Səbail rayon təşkilatı adından
Prof. Ş.Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə