Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəzlənəcəyi, saniyədə 15-18, arabir 20-23 metrədək güclənəcəyi gözlənilir. Xəbərdarlığa əsasən, fevralın 7-dən 8-i səhərədək ölkə ərazisində qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyə olacağı, bəzi yerlərdə arabir saniyədə 23-25 metrədək güclənəcəyi proqnozlaşdırılır. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə