Metyu Brayza PA-nın şöbə müdiri Novruz Məmmədovun bəyanatına münasibət bildirib
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun \"ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanması prosesində ədalətli mövqe tutmamasına\" dair bəyanatına münasibət bildirib. SİA-nın xəbərinə görə, bu sözləri "Amerikanın səsi" radiosuna müsahibəsində Metyu Brayza bildirib ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində ciddi səylə çalışır: "Öz təcrübəmdən çıxış edərək bilirəm ki, ABŞ və Minsk qrupundan olan tərəfdaşlarımız Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində necə səylə çalışır. Təbii ki, münaqişə tərəfindən biri olan ölkənin rəsmilərini təmsil edən bir şəxs öz beynəlxalq tərəfdaşlarının daha çox fəaliyyət göstərməsini istəyir. Eyni zamanda tənqidlər eşidirəm ki, Minsk qrupu çərçivəsində indiyədək heç nə əldə olunmayıb. Əslində isə çox böyük nailiyyət əldə olunub".
Səfr qeyd edib ki, münaqişənin ədalətli və sülh yolu ilə həlli üçün ortada ədalətli təkliflər var: "Sadəcə, bu təkliflərin bir az da işlənməsi tələb olunur. Əlbəttə, tərəflər razılıq verməzsə, hər hansı razılaşmadan söhbət gedə bilməz. Yəni, burada tarazılaşdırılmış balanslı yanaşmadan söhbət gedə bilər. Bu razılaşmanın xüsusiyyəti belədir ki, hər şey barədə razılığa gəlinməyibsə, deməli heç nə barədə razılığa gəlinməyib. Onun üçün hər şey barədə razılığa gəlmək üçün isə vaxt tələb olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB