Kamil Zeynallı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafat almayıb.
SİA-nın məlumatına görə, bu barədə qurumdan bildiriblər. Qeyd olunub ki, yayılan xəbər həqiqətə uyğun deyil: "Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB