Tərtər rayonunda "Şəhid ailələrinə qayğı" aksiyası davam edir

Tərtər rayonunda "Şəhid ailələrinə qayğı" aksiyası davam edir

YAP Tərtər rayon təşkilatı «Şəhid ailələrinə qayğı» aksiyası çərçivəsində rayon təşkilatının üzvləri Vətən müharibəsində rayonun Səhləbad kəndindən Şəhid Ağayev İntiqam Hüseyn oğlunun, Aslanlı Orxan Şahmar oğlunun və Hacıqərvənd kəndindən Mirzəli Rəşad Hafiz oğlunun ailəsini ziyarət edərək, şəhidlərimizin valideynləri, ailə üzvləri ilə səmimi söhbət etdilər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşüb Şəhadət zirvəsinə ucalan qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla yad etdilər.

Şəhid ailələri ilə görüşlər zamanı qeyd olundu ki, hər üç şəhid Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışlar. Hər üç şəhid göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə «Cəsur döyüşçü» medalı ilə təltif olunmuşdur.

Şəhid valideynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmanlıqlar göstərmələrindən fəxrlə danışaraq övladlarının Şəhidlik zirvəsinə ucalmasını da «Vətənimiz sağ olsun!»,- deyə qəbul etdiklərini, 44 günlük Vətən müharibəsinin qələbəmizlə başa çatdırılmasını təmin edən Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevə minnətdar olmasını qeyd etdilər.

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov şəhid valideynlərinin problemləri ilə maraqlanıb, bəzi problemlərinin həlli məqsədilə köməklik göstərilib.

Rəfiqə Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə