NRYTN-in əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

NRYTN-in əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

Görkəmli alim Lütfi Zadənin doğum günündə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Fəxri xiyabanda onun məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bu barədə SİA-ya nazirlikdən bildirilib.

Qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi, ABŞ-ın Berkli Universitetinin professoru, Soft Computing İnstitutunun direktoru olmuş dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasından 100 il ötür.

Dahi alimin zəngin elmi yaradıcılığı, süni intellekt, qeyri-səlis məntiq sahəsində elmi yenilikləri hələ uzun illər dünya elminin inkişafında mayak rolunu oynayacaq. Onun nəzəriyyələri hazırda nəqliyyat, aviasiya, energetika və hərbi sahədə, o cümlədən məişətdə geniş tətbiq olunur. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən bu nəzəriyyələr müasir idarəetmə və informasiya-kommunikasiya texnologiyalarının əsaslarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə