YAP Kəlbəcər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

YAP Kəlbəcər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının üzvləri Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailələrini ziyarət ediblər.Təşkilatın üzvləri Kəlbəcər rayon Sarıdaş kəndindən olan, hal-hazırda Samux rayonu Seyidlər kəndində müvəqqəti məskunlaşmış şəhidimiz Daşqın Şəfiyev Hidayət oğlunun ailəsini ziyarət ediblər.

YAP Kəlbəcər rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov ziyarət zamanı xalqımızın belə qəhrəman oğullarımızla fəxr etdiklərini, torpaqlarımızın qorunması uğrunda canından keçən Daşqının hünərinin hər bir gəncə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımasının vacibliyini qeyd edib.

Q.Əsgərov onu da vurğulayıb ki, şəhid və qazilərimizin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub: "Həmişə ölkəmizdə hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər".

Təşkilat üzvləri, həmçinin ailənin problemləri ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməklik göstəriblər.

Şəhidin ailəsi böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq ediblər.

Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə