Zərabda şəhid İbrahim Cəbrayıllınin ailəsi və məzarı ziyarət edilib
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə Zərdab rayonunda silsilə tədbirlər keçirilir. Zərdab rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı və Zərdab rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə bir qrup partiya fəalı Məlikumudlu kəndindən olan, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn, öz adını xalqın tarixi yaddaşına həkk edən vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaradan şəhid Cəbrayıllı İbrahim Raqub oğlunun doğum günü ilə əlaqədar ailəsini və məzarını ziyarət etmişlər. Ziyarət edənlər şəhidin məzarına gül-çiçək dəstələri düzərək ruhuna dualar oxumuşlar.
YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova şəhid İbrahim Cəbrayıllının valideynləri ilə söhbət zamanı bildirib ki, onların övladları igidlik, fədəkarlıq, şücaət göstərərək 30 ildir işğal altında olan torpaqlarımızın azad edilməsi zamanı şəhid olmuşdur. Belə qəhrəman övladlar yetirdiklərinə görə onlara minnətdarlıq etmişdir. Bildirmişdir ki, hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər. Onlara olan diqqət və qayğı əbədidir. Şəhid ailəsinə ərzaq bağlaması da təqdim edilmişdir.
Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin məzarı da ziyarət edilib, əziz xatirəsi yad olunmuşdur.
Qeyd edək ki, şəhid Cəbrayıllı İbrahim Raqub oğlu ölümündən sonra ”Vətən uğrunda” və ”Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB